Lalə Məmmədovanın da atasına qoyulan diaqnoz - Dəhşətli Alzheymer nədir, necə başlayır?

Lalə Məmmədovanın da atasına qoyulan diaqnoz - Dəhşətli Alzheymer nədir, necə başlayır?Alzheymer və ya altsheymer müasir dövrdə yaşı 65-dən yuxarı və ahıl yaşlarda başlayıb, hər il on minlərlə yaşlı insanı cənginə alan bir nevroloji, beyin xəstəliyidir. Bu zaman yaddaş, huş hissəvi və ya tam itir, şəxsiyyət dəyişikliyi baş verir. Zaman keçdikcə dərinləşir, xəstə ailə üzvlərini belə tanımır.
Milli.Az xəbər verir ki, son günlər əməkdar artist Lalə Məmmədovanın da atasının üzləşdiyi xəstəlik barədə ürəkağrıdan açıqlaması bu xəstəliyi gündəmə gətirdi. Lalə Məmmədova kimi atası demensiya və Alsgeymerdən əziyyət çəkən insanlarımız çoxdur. Təəssüf ki, bu xəstəliyin tam müalicəsi yoxdur.
Bu gün Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymer xəstəliyinin artma tezliyi də yüksəlib.
Nevroloq, psixiatr və psixoloqlara ata-anasının, nənə-babasının getdikcə yaddaşını itirməsi və bu səbəbdən günlük həyatında əziyyət çəkməsi ilə bağlı müraciət edənlər çoxalıb.
Alzheymer xəstəliyi beynin neyro-degenerativ xəstəliyidir. Bu xəstəlik adətən 60-70 yaşlı insanlarda müşahidə olunur. 60-70 yaşda olan insanların 1,6 %-i, 70-80 yaş arasında 20 %-i, 80 yaşdan yuxarı insanların isə 40 %-də bu xəstəliyə rast gəlinir.
Xəstəliyin yaranmasında genetika da rol oynayır. Eyni zamanda, oturaq həyat tərzi, stress, depressiya, düzgün qidalanmamaq, şəkərli diabet, hipertoniya kimi xəstəliklər Altsheymerin erkən yaranmasına səbəb olur.
Xəstəliyin geniş yayıldığını nəzərə alaraq, Medicina.az altsheymerin ilk 8 əlamətini təqdim edir
- Önəmli əşyaları itirmək və tapmamaq, adları xatırlamaqda çətinlik çəkmək
- Ruhi vəziyyət və hərəkətlərdə ciddi dəyişikliklər
- Qərar vermə qabiliyyətinin zəifləməsi
- Zaman və məkanlarda səhvə yol vermə, evə yolun itirilməsi, getdiyi yerdə azmaq
- Nitq çətinliyi, gündəlik işləri görərkən belə çətinlik çəkmə
- İşə təsir edən unutqanlıq
- Detallı düşünərkən problemlər yaşamaq
Dünya Səhiyyə Təşkilatı Alzheymerin qarşısını almaq və ləngitmək üçün öz tövsiyələrini verib.
Davamlı fiziki məşq, siqaretdən uzaq durmaq, həmçinin, alkoqol qəbul etmədən Altsheymer xəstəliyi riskini dəf etmək olar. Xüsusi ilə çəkini nizamda saxlamaqla orqanizmin balansını qorumaq olar. Qanda şəkərin miqdarı da sözügedən xəstəliyin riskini aşağı salır.
ÜST baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında bildirib ki, 30 ilə Demensiyalı insanların sayı 3 qat artacaq:
"Bu risk faktorunu endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Sənədlərdə əksini tapmış bütün nüanslar şübhəlidir. Ona görə də mütləq hər şeyə yenidən baxmaq lazımdır. Yoxsa bizi böyük təhlükə gözləyir".
ÜST-dən verilən məlumata görə, sürətlə yayılan bu xəstəlik dünyanın ortaq probleminə çevrilib. Dünya miqyasında 50 milyon demensiya xəstəsi var. Bu da hər il 10 milyon yeni fakt deməkdir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1522   Tarix: 10 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar həkim məsləhəti geyim dəbləri sarimsaqla qurdun mualicesi hamiləlik dövrü kesmikli blincik gavalının faydaları kosmetika novruz bayramı qız bürcü rus dili fitat novruza aid hakisda