Liposaksiyanın TƏHLÜKƏLƏRİ. Gözəllik qurban tələb edirmi?

Liposaksiyanın TƏHLÜKƏLƏRİ. Gözəllik qurban tələb edirmi?Hal hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir.
Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi liposaksiyanın da əks-göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var. Yaxın günlərdə Leyla adlı gözəl cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.
Yeri gəlmişkən, İnternetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da yox idi. Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, apparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi. Lakin...
Liposaksiya yuxarıda qeyd etdiyimiz kimi ümumi narkoz altında keçirilən ciddi cərrahi əməliyyatdır. Liposaksiyanın bir neçə növü var - vakuum, ultrasəs və lazer liposaksiyası. Lakin növündən asılı olmayaraq bu cərrahi müdaxilədir və onun da müəyyən riskləri var.
Əməliyyatdan əvvəl pasiyentin sağlamlığı diqqətlə qiymətləndirilməli, anamnez yığılmalı, pasiyent lazım olan müayinə və analizlərdən keçməlidir. Bu əksər ağırlaşmaların qarşısını almağa kömək edir. Təəssüf ki, bəzən bu mərhələ buraxılır.
Arterial hipertenziya (yüksək təzyiq), qan laxtalanması sistemi xəstəlikləri, böyrək və qaraciyər xəstəlikləri və bəzi digər pozulmalar zamanı liposaksiya əməliyyatı keçirilmir.
Əməliyyatdan əvvəl pasiyentin narkoza mümkün olan reaksiyası da nəzərə alınmalıdır.
Piyin miqdarı həddindən artıq çoxdursa, liposaksiya tətbiq edilmir. Bu zaman digər üsullardan istifadə olunur.
Piyin miqdarı az olanda da liposaksiyaya ehtiyac yoxdur.
Əgər həkim sizə bütün artıq piyi birdən çıxartmağa söz verirsə, bu sizdə şübhə yaratmalıdır. 1 əməliyyat zamanı 4-5 l piy çıxarıla bilər. Bundan artıq olmaz. Bu ağır nəticələrə (ağır qanaxma və s.) gətirib çıxarda bilər.
Liposaksiyanın ən ciddi riskləri arasında:
- narkozla bağlı olan risklər,
- qanaxma,
- kəskin böyrək çatışmazlığı,
- piy emboliyası (piy iri damara düşüb onu bağlaya bilər ki, nəticədə insan ölə bilər) və s.
Beləliklə, liposaksiya ciddi və kifayət qədər təhlükəli cərrahi müdaxilədir. Bu əməliyyata müraciət etdikdən əvvəl digər əməliyyatsız üsulları sınayın - pəhriz, idman, apparat kosmetologiya və s. Lakin əgər liposaksiya haqqında qəti qərar vermisinizsə, bunu yalnız və yalnız təcrübəli plastik və estetik cərraha etibar edin.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1957   Tarix: 28 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

yemek reseptleri geyim necə seçməli maskalar hamiləlik dövrü seks haqqinda cinsi zəiflik biliye aid atalar sozleri kosmetika sağlıq bürclər sac modelleri yuxuda qara ilan gormek novruz bayrami