Makiyajın gecələr silinmə vacibliyi haqqında bilmədikləriniz

Makiyajın gecələr silinmə vacibliyi haqqında bilmədiklərinizMakiyajın gecələr silinmə vacibliyi haqqında bilmədikləriniz

Bu mövzü hər birimiz üçün tanış olduğundan,demakiyaj adlanan bu prosedurun gündəlik olaraq edilmədiyi heç birimiz üçün sirr deyil. Lakin bunun üz dərisinə, göz ətrafı zonaya, kipriklərə nə qədər ziyanlı olduğunu bilirsinizmi?

Hər bir qadın üçün dekorativ kosmetikanın alışı xoş emosiyalar deməkdir. Kosmetika aldıqda, biz, onun keyfiyyəti, yeni olması, parlaqlığı və həmçinin qiymətinə nəzər salırıq.

Lakin, lazımı kosmetikanı aldıqda onun lazımı görünüş yaratması üçün dərinin vəziyyəti çox önəmlidir. Bunun üçün isə istifadə etdiyimiz elə bu kosmetik vasitələri gecələr dəridən mütləq şəkildə təmizləməmiz vacibdir.

Yaşadığımız mühitdə havada olan işlənmiş qazlar, tikintilərin tozu və s. kimi ziyanlı təsirlə bərabər gün ərzində tərləmək nəticəsində dəridə əmələ gələn piy qatı və hər səhər istifadə etdiyimiz kosmetik vasitələr birləşib dəriyə hopduqda, gecə təmizlənilmədən dəriyə necə təsir göstərir?

Gecələr, yuxudan öncə dəriyə hopan bu ziyanlı maddələr qatının təmizləmədiyiniz halda, rastlaşacağınız ən yüngül nəticə tıxanmış məsamələr olacaq. Bu problem haqda isə hər birimizin xəbəri olduğundan, tıxanmış məsamələr - sadəcə olaraq dərinin iltihabı, o isə sızanaqların yaranması deməkdir.

Həmçinin dərinin tıxanmış məsamələri onun nəfəs almasına mane olur, və nəticədə dəri oksigen almayaraq, solğun və xəstə halı alır.

Dəridən əlavə kipriklərə sürtülən tuş, gün ərzində gözəl örünüş yaratsa da, gecələr təmizlənmədikdə, kipriklərin qurumasına və kövrək olmasına gətirir. Məhz bu səbəbdən belə hallarda səhərlər yastığın üzərində bir neçə kiprik görə bilərsiniz.

Beləliklə, gözlər və ümumilikdə dəridən makiyajın silinməsi...

Demakiyaj prosesinin müddəti makiyajın necə siləcəyinizdən asılıdır. Ən asan yol, demakiyaj üçün istifadə olunan gel, köpük və ya mussla üzü yumaqdır. Bu prosedur 1-2 dəqiqə vaxtınızı alacaq. Lakin, bu tip demakiyaj quru və həssas dəri üçün, qış aylarında isə normal dəri üçün də uyğun olmaya bilər.

Su istiafdə etmədən makiyajın silinməsi bir az çox zaman aparacaq, lakin bu 5-6 dəqiqədən artıq olmayacaq. Ən həssas kiprik və gözətrafı zonadır. İstifadı etdiyimiz tuşların əsasən suya davamlı olması onun silinməsi üçün bir az zaman, gözətrafı zona isı çox incə olduğundan ehtiyyatlı olmanızı tələb edir.

İlk olaraq dodaqlardan boya və ya parlaq boyanı silmək, sonradan gözlərin demakiyaj etmək lazımdır. Bunun üçün kosmetoloqlar alt kipriklərin altına isladılmış pambıq disklərini qoymaq, sonradan isə demakijay üçün istiafdə etdiyimiz vasitəli pambıqla kiprikəri təmizləməyi məsləhət görürülər. İstiqamət kipriklərin ucuna olmalıdır. Sonda isə dəridən makiyajın silinməsidir ki, bunu, pambıq disklərə vasitəni əlavə edib, yüngül masaj hərəkətləri ilə təmizləmək məsləhətdir.

Ümid edirik,sizə gecələr dəridən makiyajın silinməsinin nə qədər vacib olduğunu bir daha xatırlatmış olduq. Unutmayın, dəriniz gecə nəfəs aldıqda, səhər daha təravətli və sağlam görünəcək.

Gözəllik və Moda     Baxılıb: 2221   Tarix: 02 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

turlar.az

adlarin menasi yaz geyimleri 2026 kosmetik vasiteler qadın aksesuarları gözəl qadin at gucu nece hesablanir nermin ibrahimova kosmetika uzeyir pehriz novruza aid hakisda ziyafet geyimleri cinsi