Marsda nəhəng tornadoların FOTOsunu yayımlandı
"ExoMars-2016" missiyasının Rusiya-Avropa "Trace Gas Orbiter" kosmik gəmisi "CaSSIS kamerası" ilə Marsda nəhəng tornadoların fotoşəkillərini çəkib.
APA "Roscosmos" dövlət korporasiyasına istinadən xəbər verir ki, nəhəng tornadolar Mars səthində davamlı toz qasırğasını xatırladır.
45 saniyəlik fasilələrlə çəkilən fotolarda iki hərəkətli tornado müşahidə edilib.
Bildirilib ki, toz qasırğaları Marsın cənub yarımkürəsindəki 70 kilometrlik kraterin dibi boyunca, təxminən 4-8 ment/saniyədə hərəkət edərək qara zolaq buraxıb: "Bu axın üfüqi bir külək nəticəsində fırlanır. Marsdakı tornadalar Yerdəkindən daha böyükdür. Marsad qasırğalar hətta 8 kilometr hündürlüyə qədər çata bilər".
"Roskosmos" bəyan edib ki, planetimizdəki iqlimə necə təsir göstərə biləcəyini bilmək üçün Marsdakı tornadoların araşdırılması son dərəcə vacib və maraqlıdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür