Maska mübahisəsinə SON: taxmalıyıq, ya yox?
"Hər kəsdə potensial virus varmış kimi davranmalıyıq".
xəbər verir ki, bunu Türkiyənin məşhur professoru Dərya Unutmaz deyib.
Virusdan qorunmaq üçün tibbi maskadan istifadənin əhəmiyyətindən danışan professor bildirib ki, son nəticələr hər kəsi tədbir görməyə çağırır: "Bəzi statistikalara görə, 50% xəstə heç bir simptom büruzə vermir. Elə virusu yayanlar da onlardır. Buna görə də maska qətiyyətli şəkildə taxılmalıdır. 2 maska növü var: N95 və cərrahi. N95-i xəstələrlə birbaşa təmasda olanlar taxmalıdır. Bayıra çıxanlar və ictimaiyyət arasında olanlar cərrahi maskadan istifadə edə bilər. Maskalar sizdə virus varsa, bunu başqasına keçirmənizin qarşısını alır. Eləcə də, əksinə. Kimdə virus olduğunu bilmirik. İnfeksiya havada qalmır, amma qarşılıqlı təmas mövcuddur".
Unutmazın sözlərinə görə, pandemiyadan qorunmaq üçün əllərin yuyulması vacibdir, amma bəzən bu kifayət etməyə bilər: "Gündə yüzlərlə yerlə təmas qururuq. Maska bu anlamda qoruyuculuğu artırır. Çinə baxın, bu işi ən çox araşdırmış ölkədir. Maskasız kimsə yoxdur. Eyni formada Cənubi Koreya və Honkonq da. Pandemiyanın yayılmasını yavaşladan faktorlardan biri maskadır. 10-20 faiz olsa da, bu, böyük rəqəmdir".
Zümrüd /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı