MDB-nin tanınmış həkimi KORONAVİRUSUN yayılmasının qarşısını alan amilləri açıqladı
Tanınmış həkim, ukraynalı pediatr, 15-dən çox kitabın müəllifi, sağlamlıq verilişinin aparıcısı - Yevgeni Komarovski italyan və rus təqaüdçüləri müqayisə edərək bildirib ki, koronavirusun Rusiyada İtaliyadakı kimi geniş yayılması gözlənilmir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, MDB-nin ən məşhur pediatrı kimi tanınan həkim özünün Yutub kanalında yayımladığı son videosunda koronavirus barədə danışıb.
O bildirib ki, COVID-19 yaşlılar üçün təhlükəlidir və İtaliyada yaşlı sakinlər daha çoxdur. Ümumiyyətlə, uzunömürlülüyə görə, İtaliya Yaponiyadan sonra ikinci yerdədir. Bu amil çox sayda ölümün mümkün izahlarından biridir.
İtalyanlar arasında koronavirus infeksiyasının sürətlə yayılmasına səbəb olan ikinci amil kimi Komarovski ölkədə ünsiyyət və salamlaşma ənənələrini nəzərdən keçirir. Heç kimə sirr deyil ki, İtaliyada nəinki əllə salamlaşmaq, həm də sağollaşanda öpüşmək adətdir.
Bundan əlavə, italiyalılar, xüsusən yaşlı insanlar çox aktiv həyat tərzi keçirirlər: restoran, kafe, park və müxtəlif tədbirlərdə toplaşırlar.
Rusiyada yaşlı insanlarla vəziyyət köklü şəkildə əksinədir. Təqaüdçülərin çoxu evdə vaxt keçirməyə üstünlük verir. Bundan əlavə, Komarovskinin qeyd etdiyi kimi, ruslar tanımadığı insanlarla kifayət qədər ehtiyatlı və soyuq davranır. "Bu, yeri gəlmişkən, mövcud vəziyyətdə yaxşı xidmət göstərə bilər", - Y.Komarovski bildirib.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı