MENSTRUASİYA haqqında qadınların bilmədiyi FAKTLAR

MENSTRUASİYA haqqında qadınların bilmədiyi FAKTLARMenstruasiya hər bir qadın üçün adi və təbii prosesdir.
Lakin, buna baxmayaraq, bir çox qadınlar menstruasiya ilə bağlı olan müxtəlif, elmi cəhətdən heç bir təsdiqi olmayan "rəvayətlərə" inanır.
Məsələn:
- Menstruasiya zamanı hamilə qalmaq mümkün deyil.
Bu yanlış fikirdir. Bu halda hamiləliyin ehtimalı az da olsa, hamiləlik mümkündür! Menstruasiyanın sonunda cinsi əlaqədə olan qadın hamilə qala bilər. Məsələ burasındadır ki, qadınlarda ovulyasiya hər zaman menstrual dövrün ortasında baş vermir – daha tez və ya daha gec baş verə bilər. Spermatozoidlər isə qadının cinsi yollarında 5 (hətta 7) günə kimi "döyüşə" hazır vəziyyətdə qala bilirlər. Nəticədə tez baş vermiş ovulyasiya (xüsusilə menstrual dövrü qısa - 22, 24, 26 gün - olan qadınlarda) + həyat qabiliyyəti yüksək olan spermatozoidlər = hamiləlik.
- Menstruasiyanın birinci günlərində çimmək olmaz ki, bu qanaxmaya səbəb ola bilər.
Bu da belə deyil. İlıq duş (isti vanna yox!) hətta menstruasiyanın birinci günündə qadağan deyil və qanaxmaya səbəb ola bilməz. Əksinə olaraq ilıq su əzələlərin boşalmasına səbəb olaraq, menstruasiya zamanı olan ağrıları azaldır.
- Menstruasiya zamanı idmanla məşğul olmaq olmaz.
Bu da yanlış məlumatdır. Bəli, fiziki yükləmələr ağır olmamalıdır. Yüngül (!) idman yükləmələri isə menstruasiya zamanı qadağan deyil. Əksinə olaraq fiziki yükləmələr bir çox hallarda menstruasiya zamanı mümkün olan ağrılarla mübarizədə qadına kömək edir.
- Hər menstrual dövrdə ovulyasiya baş verir.
Bu səhvdir. Hətta tam sağlam qadınlarda bəzi menstrual dövrlərdə ovulyasiya baş verməyə bilər (buna "anovulyator menstrual dövr" deyilir). Ovulyasiyanın baş verməməsinə baxmayaraq qadında menstruasiya normal qaydada başlayır.
- Menstruasiya zamanı qadın çoxlu qan itirir.
Bu heç də belə deyil! Menstruasiya zamanı qadın az miqdarda (təxminən gün ərzində 2-3 xörək qaşığı) qan itirir və bu onun sağlamlığına heç bir mənfi təsir etmir. Lakin əgər sizdə menstruasiyalar çox güclü qanaxma ilə müşayiət olunursa (siz hər 1-2 saatdanbir gigiyenik bezi dəyişməli olursunuzsa), bu narahatçılıq üçün səbəb yaradır. Belə qanaxmalar müxtəlif xəstəliklərin və pozulmaların (hormonal pozulmalar, miomalar, poliplər, şişlər, endometrioz və s.) simptomu ola bilər.
- Cərrahiyyə əməliyyatı zamanı uşaqlığı xarıc olunmuş (histerektomiya) qadında menstruasiyalar saxlanılır.
Səhvdir. Menstruasiya zamanı xaric olunan qan və qan laxtaları uşaqlığın selikli qişasıdır. Uşaqlıq olmadıqda bu proses də mümkün olmur.
- Menstruasiya zamanı olan ağrılar təbiidir və onlara dözmək lazımdır.
Müəyyən çox da güclü olmayan ağrılar mümkündür. Məsələ burasındadır ki, menstruasiya zamanı uşaqlıq köhnə selikli qişadan azad olmaq üçün fəal şəkildə yığılır və bu yığılmalar ağrılara səbəb olur. Lakin əgər ağrılar çox güclüdürsə, mütləq ginekoloqa müraciət edin. Belə ağrılar müxtəlif xəstəliklərin simptomu ola bilər.
- Menstruasiya zamanı dərman içmək olmaz.
Bu da növbəti səhvdir. Əgər menstruasiya çox güclü ağrılarla müşayiət olunursa, ağrısızlaşdıran (məsələn, nurofen) və (və ya) spazmolitik (məsələn, no-şpa) preparatlardan biri istifadə oluna bilər.
- Hamiləlik zamanı menstruasiya ola bilər.
Bu cəfəngiyatdır. Hamilə qadının orqanizmində follikullar yetişmir, ovulyasiya və uşaqlığın boşluğunda olan dövri dəyişikliklər (selikli qişanın qalınlaşması və s.) baş vermir. Bu səbəbdən hamilə qadınlarda menstruasiya mümkün deyil. Hamiləlik zamanı qadında qanlı ifrazatların olması təhlükəli simptom sayılır və hamiləliyin pozulmasının əlaməti ola bilər. Bu halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2215   Tarix: 22 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

qis geyimləri 2026 donlar 2026 yaz geyimleri 2026 qadın xəstəlikləri manqal salati şorba reseptləri toyuqlar haqqinda kosmetika novruz bayramına aid hakışta faydalı məsləhətlər cantalar ginekoloq burclerin uyumu