Məşhur alim proqnoz verdi: "Kritik həftələr qarşıdadır
Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Koç İnstitutunun rəhbəri Lotar Viler yeni növ koronavirus ştammının yaranması səbəbilə önümüzdəki həftələrin çətin olacağı barədə xəbərdarlıq edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alim ölüm və yoluxmaların sayını azaltmaq üçün təmasları minimuma endirməyə çağırıb.
"Həqiqətən bizi çətin həftələr gözləyir. Vəziyyət daha da pisləşir, ölüm halları artmaqdadır. Xəstəxanalar, həkimlər və digər səhiyyə işçiləri durmadan çalışır. COVID-19 xəstələri daha çox xəstəxanalarda müalicə olunduğu üçün normal şöbələrdə boş çarpayı sayı da azalıb.
Sərtləşdirilmiş tədbirlər bir həftədir davam edir. Yeni yoluxmaların, ciddi xəstəliklərin və ölüm hallarının azalması çox güman ki, həftələr çəkəcək. Odur ki, Yeni ildə səyahət etməməyə və evdə qalmağa çalışın", - o, yekunda bildirib.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir