Məşhur azərbaycanlı gitaraçının apardığı toyda FACİƏ - Bəyin atası öldü
Gitara ifaçısı Rəhman Məmmədli toyda başına gələn dəhşətli hadisələrdən danışıb.
Xanim.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən sənətçi iştirak etdiyi toyların birində faciə də yaşandığını bildirib:
"İlyarımın söhbətidir, Xaçmazda toyda idim. 15 dəqiqə olardı ki, toy başlamışdı. Bəyin atası məclis iştirakçılarını təbrik etdi. Sonra "mənim havamı çalın" deyib oynadı. Kişi oynadığı yerdə qəfildən yıxıldı. Hay-həşir düşdü, gördülər ki, kişi keçinib. Heç həkimə də çatdıra bilmədilər. Bəlkə də sevindiyindən ürəyi partlamışdı".
Gitara ifaçısı toyda oynamaq üstündə düşən davalardan da danışıb:
"Toyda davalar daha çox oynamaq üstündə düşür. Rəhmətlik Məmmədbağır Bağırzadə ilə bir toy məclisində idik. Toyun şirin yerində oynamaq üstündə Oğlan evinin adamları ilə qız evinin adamları arasında dava düşdü. Qan su yerinə axdı. Təsəvvür edin, toya gələnlərin ağ köynəkləri qan rəngində idi. Rəhmətlik xalq artisti də mən də qan içində idik. Çünki kütləvi davada hamı bir-birinə qarışmışdı. Qızın atası elə toydan gəlini götürüb evinə apardı. Bilmədim sonradan barışdılar, ya yox. Gəlinin atası dedi ki, belə bir ailə ilə qohum olmaqdansa, indidən ayrılmaq yaxşıdır".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür