Məşhur cərrah həzm sistemini gücləndirən təbii üsulları açıqladı

Məşhur cərrah həzm sistemini gücləndirən təbii üsulları açıqladıHəddindən artıq stress, qeyri-sağlam qidalanma, antibiotik istifadəsi kimi amillər bağırsaq florasını pozur. Bu da depressiyadan tutmuş diabetə qədər bir çox xəstəliklərin üzə çıxmasına şərait yaradır.
Publika.az xəbər verir ki, türkiyəli cərrah Fatih Kar son illərdə ən çox müzakirə edilən prebiyotiklər və probiyotiklər haqqında məlumat verib. O, bildirib ki, bağırsaqlar həqiqətən də bədənin ikinci beyin funksiyasını daşıyır.
"100 milyon sinir hüceyrəsi olan bağırsaqlarda yerləşmiş mikroorqanizmlərin əksəriyyətinə mikrob deyilir. Mikrobiologiya təxminən üç yaşından sonra formalaşamağa başlayan və özünəməxsus quruluşda olan orqandır. Bu, bədənin sağlamlığı üçün çox vacibdir. Bədəndə tarazlıq pozulmağa başlayanda, bədənimizin demək olar ki, hər yerində, xüsusən həzm sistemində xəstəlik yaranmağa başlayır".
Həzm sistemindəki mikroorqanizmlərin sağlamlıq üçün əhəmiyyətini qeyd edən həkim sözlərinə belə davam edib:
"Həzm sistemində yaşayan mikroorqanizmlər onun normal fəaliyyəti üçün vacibdir və immunitet funksiyalarına çox əhəmiyyətli təsir göstərir. Bu zaman probiotiklər və prebiotiklər mühüm rol oynayır. Probiotiklər canlı bakteriya və mayada olur. Prebiyotiklər bu mikroorqanizmlərin inkişafı üçün zəruri olan həzm edilməyən qida komponentləridir.
Bir çox araşdırmalar göstərir ki, probiyotiklər həzm fəaliyyətini və qidalardan alınan müəyyən vitamin və mineralların udulmasını yaxşılaşdıra bilər, həmçinin bağırsaq hərəkətlərinin tənzimlənməsinə kömək edir. Qəbizlik, iltihablı bağırsaq xəstəlikləri, infeksiyalar və laktoza intolerasiyasının qarşısının alınması, qaraciyər və böyrəklərə düşən yükün azaldılmasında, immunitet sisteminin güclənməsində təsirli ola bilər.
Probiyotiklər müxtəlif qidaları həzm etməklə yanaşı bədənimiz üçün faydalı maddələrin ifraz olunmasına da kömək edir. Odur ki, hər gün ayran, ev qatığı, kələm və xiyar turşusu, kefir, kəsmik kimi qidalara üstünlük verin. Xüsusilə, tez-tez stress keçirən insanların bağırsaqlarında probiotik bakteriyaların sayı azalır.
Gündə 1-2 stəkan kefir və ya probiotik qatıq yemək tövsiyə olunur. Probiotiklər bağırsaq florasını tənzimləyir, həzm pozğunluğunun qarşısını alır, infeksiya və antibiotiklərin səbəb olduğu ishalın qarşısını alır, immuniteti gücləndirir, bağırsaq sisteminin fəaliyyətini normaya salır, eyni zamanda soyuqdəymə və qripin qarşısını alır".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 3236   Tarix: 10 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

geymler 2026 makiyaj instagram toy makiyajlari aloy gulunun faydasi zoğal mürəbbəsi hazırlanması 2026 qonaq otagi qadın aksesuarları kosmetika baldıza aid hakışta arxadan olmag baliq burcu veten haqqinda bayati gozde olar