Məşhur həkim ağır xəstəliklərə düçar olmaq ehtimalını kəskin azaltmağın SİRRİNİ AÇIQLADI

Məşhur həkim ağır xəstəliklərə düçar olmaq ehtimalını kəskin azaltmağın SİRRİNİ AÇIQLADIOnkoloji, ürək və damar xəstəliklərindən ölümlər COVID-19 ölümlərinin sayından çoxdur. Bu xəstəliklərin əmələ gəlməsinin səbəblərini aradan qaldırmaq, sizdə bunların yaranması ehtimalını azaltmaq üçün ən vacib hesab etdiyim bir neçə vacib şərt var. Öncə onu bildirim ki, bütün xəstəliklər bizə ya qida, ya su, ya hava, ya radiasiya, ya əsəb, çox az hallarda isə genetik yolla ötürülür. Bu yolları blok etməklə ağır xəstəliklərə düçar olmaq ehtimalını kəskin azalda bilərik.
Publika.az xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə sağlamlıq barədə paylaşdığı postları ilə diqqət çəkən həkim anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkimin sağlam həyat tərzinə dair fikirlərini təqdim edirik:
1. Mümkün qədər təbii, orqanik qidalanın: kənd pomidoru, kənd toyuğu, kənd yumurtası. Bir çox təbii qidaların radiasiya əleyhinə təsiri var. Dərmansız, hormonsuz qidalara üstünlük verin. Artıq çəki ilə mübarizə yaxşıdır, amma bilin ki, arıqlatma dietası elə də sağlam qidalanma sayılmır. Önəmli olan az yemək və qidalandığınız məhsulun təbii olmasıdır. Arıqlamaq üçün hərəkəti də artırın. Məsələn, sizə təbii kərə, nehrə yağı ilə qidalanıb yer belləmək daha zərərsizdir, nəinki süni şəkərlə şirinləşdirilmiş içkilər, mənşəyi məlum olmayan az kalorili qidalar, müxtəlif firmaların "xolesterolsuz" adı ilə camaata sırıdığı qida məhsullarından istifadə etmək.
2. Təbiətə, səfalı yerlərə nə qədər yaxın olsanız, o qədər sağlam olarsınız. Əlbəttə ki, əsəbi, stressli şəhər həyatı, hərəkətsizlik, gün düşməyən binalarda, qapalı yerlərdə işləmək orta ömürü azaldır. İnsan yaradılanda düşünməmişdilər ki, o paltar geyinəcək, qapalı yerlərdə işləyəcək. Ona görə vitamin D 80% adamda aşağı səviyyədədi. Vitamin D çatışmazlığının isə insult daxil olmaqla, bir çox xəstəliklərin əmələ gəlməsində rolu tam təsdiq olunub.
3. Sevdiyiniz işlə çörək pulunuzu qazanın. Başqalarının etdiyini təkrarlamayın. Sevdiyiniz bir iş mütləq ki var, sizə hobbi kimi gələn, yorucu, çətin olmayan iş tapın. İlk vaxtlarda pul az olsa da, olar. Əgər o işi sevirsizsə, pis dolanmayacağınıza əminəm. Çox puldan ötru ondan daha bahalı can sağlığını itirməyə dəyməz. İşiniz əsəbidirsə, risk edin işdən çıxın. 6 milyard insan yaşayan Yer kürəsində işsiz qalmayacaqsız, əgər təmbəl deyilsizsə.
4. Gigiyena- sağlamlığın qorunması və möhkəmləndirilməsi barədə elmin, tibbin son yeniliklərini izləyin, alimlərin, həkimlərin gəldiyi nəticələri, insanlara olan tövsiyələrini daim oxuyun və riayət edin. Zərərli vərdişlərinizi təcili tərgidin.
5. Sizi anlayan, sizinlə eyni istiqamətdə baxan, hər işinizdə stimul yaradan insanla evli olun, sizi çürüdüb kübrəyə döndərəcək adamla evli qalmaq sağlamlığa ağır təhlükədir. Həmçinin neqativ düşünən "dostları" həyatınızdan rədd edin. Sizə ömür boyu daim pozitiv enerjili insanların əhatəsində olmaq daha çox fayda verər.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 4655   Tarix: 03 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari geyim dəbləri toy ucun maraqli ideyalar qisa saclarin yigilmasi intim pozalar qadinda cinsi isteksizlik kosmetika kurtlar vadisi aybawi qardasa aid haxistalar arıqla burcler haqqinda