Məşhur həkimdən səhər yeməyi ilə bağlı VACİB AÇIQLAMA

Məşhur həkimdən səhər yeməyi ilə bağlı VACİB AÇIQLAMAXəbər verdiyimiz kimi, dünya şöhrətli həkim Mehmet Öz səhər yeməyinin əhəmiyyətsiz olması haqqında iddialı açıqlamalar vermişdi.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ender Saraç Mehmet Özün bu açıqlamasına cavab verib. O, həmkarının fikirləri ilə razılaşmadığını deyib və hər kəsə "Krallar kimi səhər yeməyi yeyin" tövsiyəsini verib:
"Mehmet Öz Türkiyənin qüruru və çox qiymətli həkimdir. Amma ABŞ və Türkiyədə edilən səhər yeməyi arasında ciddi fərq var. Mehmet Özün iki açıqlaması var: "Ac deyilsinizsə, yeməyin, bununla razıyam. Çox ac deyilsinizsə və ya toxsunuzsa səhər yeməyinizi gec edə bilərsiniz. Ancaq səhər yeməyi edilməlidir. Çünki qəbul edilən qida maddələr mübadiləsini hərəkətə gətirir. Əgər səhər yeməyi yeməsəniz və ya çox gec yesəniz, maddələr mübadiləsi gec işə düşəcək və siz acmağa davam edəcəksiniz. Dolayısı ilə daha çox yemək istəyi baş qaldıracaq. Çox gec yesəniz, ertəsi gün səhər acmayacaqsınız və yuxu keyfiyyətiniz azalacaq. Deyək ki, axşam 7-də nahar etmisiniz. Səhərlər işiniz 8-9-da başlayır. Beləliklə, 13-14 saatlıq aclıq müddəti var. Normal insan səhər duranda ac olmalıdır.
Amerikalılar səhər yeməyi üçün ağ undan və maya xəmirindən hazırlanmış çörək, vafli və ya yüksək şəkərli məhsullar yeyirlər. Onların tərkibində marqarin, maya və həddindən artıq şəkər var. Şirniyyatı şəkər və qlükoza siropu əlavə edilmiş qəhvə ilə içirlər.
Klassik və sağlam səhər yeməyimizə turş maya ilə hazırlanmış tam taxıl çörək, damarları qoruyan və xolesterini aşağı salan zeytun yağı, 8-10 ədəd zeytun, yayda pomidor, xiyar, qışda isə üzərinə limon suyu sıxılmış cəfəri, təzə, az duzlu pendir, bol miqdarda protein və aşağı qlisemik indeksli faydalı qidalar daxildir. Qışda menyuya 1 çay qaşığı doşab, bəzən də bal əlavə etmək olar.
Amerikalılar səhər yeməyində zeytun, zeytun yağı, pomidor, xiyar və bal kimi sağlam qidalardan qaçırlar. Bizim kərə yağımız da var. Bəzən o da yeyilə bilər. Odur ki, məşhur məsəldə deyildiyi kimi, səhər yeməyini özün ye, günorta yeməyini dostuna, axşam yeməyini isə düşməninə ver. İncə və sağlam olmaq istəyənlər gündə 2 dəfə yeyə bilərlər. Bunu qətiyyətlə tövsiyə edirəm.
Son vaxtlar oruc tutmaq dəbdədir. Tamamilə razıyam. Ən azı 12-13 saat, hətta 14 saat ac qala bilərsiniz, ən idealı isə 15-16 saatdır. Deyək ki, axşam 6-7-də yedin. Ertəsi gün səhər saat 9-10 və ya 10-11-də səhər yeməyi yesəniz, 14-16 saat ac qalacaqsınız. Sonra bədənimizdə lehimizə işləyən "qatil hüceyrəsi" ifşa olunur, xəstə və xərçəng hüceyrələri yeyir.
Təklif edirəm ki, gündə iki dəfə yemək yeyin. Bu baxımdan səhər yeməyi vacibdir. Ac deyilsinizsə, səhər yeməyini bir az gecikdirə bilərsiniz. Yüksək proteinli və doyumlu səhər yeməyindən sonra günorta yeməyini ixtisara salıb sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.
Səhər yeməyindən qorxmayın, sağlam olmayan Amerika səhər yeməyini deyil, tam taxıl çörək və bol göyərtidən ibarət olanı məsləhət görürəm. İllərdir bunu edirəm, heç vaxt xəstə olmamışam, çəkim də artmayıb. Səhər yeməyi maddələr mübadiləmi aktivləşdirir və beləliklə günə enerjili başlayıram".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2169   Tarix: 17 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

makiyaj etmek qaydalari yaz geyimleri 2026 geyim seçimi xalq təbabəti donlar yay ucun 2026 geyim kolleksiyasi usaq oyuncaqlari kosmetika nizami gencevi klitor salam vətən həsrətinə aid bayatılar zencefil