Məşhur həkimdən SOS: Koronavirus xəstələrində bu tələbat 3 dəfə çoxdur

Məşhur həkimdən SOS: Koronavirus xəstələrində bu tələbat 3 dəfə çoxdur"Bir çox ağır xəstələrin müalicəsi ilə tanış oldum. Müşahidə edirəm ki, reanimatoloqlar hər şey edirlər, amma ağır xəstələrə vitamin D, sink və digər minerallar təyin etmirlər, sanki buna ehtiyac görmürlər. Bəzən vitamin kompleksi və vitamin C təyin edirlər, bununla kifayətlənirlər. Bilin ki, vitamin kompleks içərisində olanlar gündəlik fizioloji tələbata uyğundur. COVID-19 xəstələrində bu tələbat 3 dəfə və daha çox artır".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, koronavirus xəstələri xəstəlik müddətində daha çox vitamin itirir:
"Xəstəyə sidikqovucu təyin edirsinizsə, suda həll olunan bütün vitamin və minerallar sidiklə itirilir. "Deksametazon" vurursunuzsa, bu vitamin D, Ca, Mg, xrom, sink, kalium, fol turşusu çatışmazlığı yaradır. Hər mineralın, hər vitaminin öz funksiyası var. Məsələn, Mg çatmazsa, hipokaliemiyanı düzəldə bilməzsiniz. Həm Mg ATF-nin işi üçün lazımdır, enerji çatışmazlığı yaranacaq. Həmçinin fosfor çatışmazlığına diqqət edin. Çatışmazlıqlar müalicənizin uzanmasına, çətinləşməsinə səbəb olur. Xüsusilə ağır xəstədə vitamin D çatışmazlığı yaranarsa, nə etsəniz də düzəlməz. Sink çatışmazlığı olarsa, immun sistemi çökəcək, xəstədə yataq yaraları əmələ gələcək və s.".
Ş.Məmmədov koronavirusun inkubasiya periodunun 14 günə qədər olduğunu qeyd edib: "Amma siz COVID-19 xəstəsi, ya onun elementləri olan insan ilə kontaktda olmusunuzsa, 14 günə qədər narahat qalmağa dəyməz. Əgər ilk 4 gündə əlamətlər başlamayıbsa, amma virus sizə yoluxubsa, xəstəliyi yüngül keçirəcəksiniz. Tədqiqatlar sübut edib ki, kontakt ilə ilk əlamətlərin başlanma müddəti nə qədər uzundursa, xəstəlik o qədər yüngül keçir".
Həkim son vaxtlarda saç tökülməsi probleminin koronavirusla bağlı olması haqqında yayılan xəbərlərə də münasibət bildirib:
"Çox müraciət olur ki, doktor, mən koronavirusdan sağaldım, amma saçım dəhşət tökülür. Saç tökülməsi koronavirusun müalicəsi ilə əlaqədar deyil. Əksinə, siz müalicədə sink və B qrup vitamin qəbul edirsiniz, sink və B6 saç üçün çox lazımlıdır. Pandemiya stressi deyilən bir şey var. Hətta bu stress nəticəsində koronavirus olmayan insanların saçı tökülür. COVID-19 xəstələrində isə bu stress daha güclüdür".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1960   Tarix: 31 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

qadin dunyasi yemek reseptleri kosmetoloq sidik ifrazı sistemi nagillar arvaddan icaze kagizi tecavuze ugrayan qadinlar kosmetika novruz bayramı haxışta sirin qogal brusell bakteriyası ariqlamaq burcler haqqinda