Məşhur onkoloqdan SENSASİON SÖZLƏR: Sağlamlıq üçün verilən tövsiyələrin hamısı yalandır, əslində...

Məşhur onkoloqdan SENSASİON SÖZLƏR: Sağlamlıq üçün verilən tövsiyələrin hamısı yalandır, əslində...Brazilyalı onkoloq Paulo Ubiratan sağlam həyat tərzi barədə yerli mətbuata verdiyi müsahibədən sonra dünyada böyük populyarlıq qazanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, internet ulduzu olan həkimin yanına indi məsləhət üçün dünyanın hər yerindən minlərlə insan gəlir. Bəs Ubiratan öz açıqlamasında nə demişdi? Onu dünyaya tanıdan hansı fikirləri olmuşdu? Oxucuları həkimin əsas tezisləri ilə tanış edirik.
- Alkoqol istehlakını məhdudlaşdırmaq lazımdır?
- Ümumiyyətlə, hə. Amma unutmayın ki, hər bir şərab üzümdən, pivə dənli bitkilərdən hazırlanır. Distillə edilmiş şərab o deməkdir ki, maye giləmeyvələrdən çəkilir, bunun sayəsində onlar orqanizmə daha böyük fayda verəcək, nəinki meyvələri xam şəkildə yemək. Odur ki, özünüzü tamamilə məhdudlaşdırmayın.
- Sağlamlığımız qaydasındadırsa və gənc yaşdayıqsa, səhhətimizi necə qoruyaq?
- Mənim fəlsəfəm belədir: Əgər heç bir yerimiz ağrımırsa, xüsusi heç nə etməyin. İdman orqanizmə heç bir təsir göstərmir, əksinə idmanla peşəkar səviyyədə məşğul olmaq ona zərər verir. Əldə edilən tək amil həcmi artırılmış bədən əzələləridir.
Daimi gəzinti faydalı olsaydı, poçtalyonlar ölümsüz olardı. Dovşanlar dayanmadan qaçır və sıçrayır, ancaq 15 ildən çox yaşamır. Tısbağalar işləməsə və heç bir şey etməsə də, 450-500 il yaşaya bilir. Ancaq hər kəs deyir ki, məşqlər və fiziki aktivlik ömrü uzadır. Məsələn, ürəyə faydalıdır... Ürək müəyyən qədər döyüntülərə proqramlaşdırılıb. Ağır məşqlərlə onları itirməyin. ürəyin resursu döyüntülərin istifadə üsulundan asılı olaraq başa çatacaq. Bu, sanki o deməkdir ki, avtomobili yüksək sürətlə sürməklə onun ömrünü uzada bilərsiniz. Çox yaşamaq istəyirsiniz? Nahardan sonra qısamüddətli yuxuya gedin.
- Ət sağlamlığımıza ziyan vurur?
- Dietoloqa etibar etməzdən əvvəl orqanizmin qidalanma mahiyyətini öyrənməyə çalışın. İnəklər nə yeyir? Ot və qarğıdalı. Bunlar bitkisəl qidalardır. Onların əti qarğıdalı və ot emalının nəticəsidir. Bu baxımdan hesab edirəm ki, bitkisəl qidaları orqanizmə "yükləməyin" ən yaxşı yolu rasiona bir tikə ət əlavə etməkdən keçir.
P.S. Bütün bunları həkimdən eşitmək necə də qəribədir... Bu məqamda amerikalı jurnalist Hanter Tompsonun sitatı yerinə düşər: "Ömür adlı səyahətin məqsədi məzara gözəl, yaxşı mühafizə edilmiş bir bədənlə deyil, əyləcə basmadan maşını sürükləmək, tozu dumana qatmaq və sonra tamamilə tükənmiş, bütün enerjini sonuna qədər xərclənmiş bir halda bağıra-bağıra "İlahi! Bu nə səyahət idi belə! deyə bilmək olmalıdır".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2747   Tarix: 01 avqust 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

gelinlikler kosmetik vasiteler yaz geyimleri 2026 doğum hekayələri 1 hefteye 5 kq ariqlamaq gəlinlik və toy dəbi psixoliji məsləhətlər kosmetika janrlar hakista novruz bayramı haxışta nizami gəncəvi kəlamlar