Məşhur professor hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏLƏRDƏN danışdı: "Ölüm halları artıb

Məşhur professor hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏLƏRDƏN danışdı: "Ölüm halları artıbTürkiyəli professor Mehmet Ceyhan koronavirusun yeni mutasiyalarının artmasından sonra hamilə qadınlar arasında virus səbəbiylə ölüm hallarının çoxaldığını bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim hamiləlik dövründə qadınlarda immunitetin zəiflədiyini deyib: "Bu səbəbdən hamilə qadınlardakı həssaslığı immunosupressiv dərman və ya xərçəng müalicəsi üçün dərman qəbul edən insanda ortaya çıxan immunitet zəifliyi kimi düşünmək olar. Mutasiyaya uğramış koronavirus həqiqətən də körpənin ana bətnində ikən ölümünə səbəb olur. Bəzi hamilə qadınlar isə körpəsi ilə birlikdə dünyasını dəyişir.
Mutasiyaya uğramış koronavirus problemi ortaya çıxmazdan əvvəl hamilə qadınlara doğuşdan sonra peyvənd vurdurmağı tövsiyə edirdik. Amma indi hamiləliyin ilk 3 ayından sonra dərhal peyvəndlənmələrini istəyirik. Bu, sadəcə koronavirusda rast gəlinən hal deyil, qripdə də eyni hal baş verir. Qripin də bu şəkildə yayıldığı zamanlarda daha çox yaşlılara təsir edir və bir çoxu dünyasını dəyişir. Amma H1N1-in başqa bir növündən daha çox uşaqlar və gənclər təsirlənir, həm də hamilələr arasında ölüm hallarına rast gəlinir.
Hamilələr risk qrupuna daxildir, özlərini mümkün qədər qorumalıdır. İki əsas qayda var: maska və sosial məsafə. Virus birinin ağzından, birinin isə burnundan çıxa bilər, odur ki, hər kəslə maskada olarkən ünsiyyət saxlayın. Maska taxmayan insanlardan uzaq olun, eyni zamanda sıxlıq olan yerlərə getməyin".
Türkiyədə 17 günlük karantindən söz açan professor qeyd edib ki, qapanma müddəti bitdikdən dərhal sonra əvvəlki həyata qayıtmaq doğru deyil: "18-ci gün normal həyata qayıtmamalıyıq. Yoxsa boşuna qapanmış olarıq. Əks halda, yoluxma sayı yenidən eyni vəziyyətə qayıdacaq. İnsanlar pandemiya ilə mübarizədə ən effektiv yolun vaksinasiya olduğunu anlamalıdır".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2820   Tarix: 03 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

makiyaj instagram qadin sayti toy gecesi boyun osteoxondrozu xamali piroq kokteyllər hekayələr kosmetika dovsan sanamalar masqalar kondom buga burcu