Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI

Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI30 illik təcrübəsi olan rusiyalı məşhur psixoloq, yazıçı və aparıcı Mixail Labkovskinin münasibətləri sağlam qiymətləndirmə bacarığına heç kəs laqeyd qala bilmir.
Etiraf etmək lazımdır ki, kəskin görünən cümlələrin axrasında böyük bir həqiqət payı yatır.
Publika.az bu yazıda oxuyucuları psixoloqun sevgi haqqında tanış olmağa dəyən fikirləri ilə tanış edib.
"Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır".
"Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar".
"Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz".
"Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar".
"Biz sevgini əzabların hüdudları ilə qiymətləndiririk. Halbuki sağlam sevgi sənin nə qədər xoşbəxt olmağındır".
"Əgər ərə getmək istəyirsinizsə, sadəcə bu barədə düşünməyə son verin. Bu, kapotun üstündə gəlincik, duvaq və digər zir-zibil arzulamağa bərabərdir. Sağlam insanlarda vəziyyət bir qədər başqa görünür. Birincisi, onların sevməyə ehtiyacı var. Və bu tələbat imkan verir ki, onları sevən kişi ilə tanış ola bilsin".
"Sağlam insanlar həmişə özünü, nevrozlar isə özünə ziyan verən münasibətləri seçir. Bax bu, onlar arasında baçlıca fərqdir".
"Heç bir halda evli kişi ilə münasibət qurmağa dəyməz. Vaxtınızı boşa itirməyin. Evli kişiyə arvad lazım deyil, o, onsuz da evində var".
"Əgər ərə getmək istəyirsinizsə, kimləsə görüşürsünüzsə, hətta bir il yarım birlikdə yaşayırsınızsa və heç nə dəyişmirsə, ondan ailə qurmaq və toy etmək istədiyi barədə soruşmaq lazımdır. Əgər kişi ailə qurmağa hazır deyilsə, deməli, onunla vidalaşmağın vaxtıdıtr. Əlbəttə ki, yaxşı yolla. Məsələn, "Sənə çox isti yanaşıram və eyni ruhda davam edəcəm, amma səndən uzaqda" deyə bilərsiniz".
"Əgər kimsə bir insan üçün bütün dünyanı əvəz edirsə, deməli, o insanın öz dünyası yoxdur".
"İllərlə evdə oturub ev təsərrüfatı və uşaqların tərbiyəsi ilə məşğul olan qadın "xarablaşır". Bu, qaçılmazdır. Nəticə etibarı ilə kişi bu qadınla darıxmağa və onu səhef hesab etməyə başlayır. Bu isə boşanmağa doğru atılan yarım addımdır".
"Yalnızlıq - ətrafında sevginin olmaması yox, özünə marağın olmamasıdır".
"Əgər o, sizi narahat edirsə, ayrılın. Tək qalmaqdan qorxmayın. Dünyada heç bir kişi ona görə özünü sındırmağa, onun qarşısında əyilməyə, onun uğrunda arzu və ehtiyaclarından vaz keçməyə layiq deyil. Heç bir kişi!"
"Hər şey sadədir. Sizə ya birlikdə yaxşıdır, ya da sadəcə ayrılmaq lazımdır. Yeri gəlmişkən, ipoteka almazdan və 3 uşaq doğmazdan əvvəl".
"Psixoloji cəhətdən sağlam olan insan öz hisslərinə istiqamətlənir və həmişə özünü seçir. Nə sevgi, nə də gözəllik qurban tələb etmir. Əgər tələb edirsə, bu, dəqiq sizin hekayəniz deyil. Aradan sürüşün. Elə bir hədəf yoxdur ki, uğrunda uğursuz münasibtələrə dözmək lazım gəlsin".
"Bütün həyatını barmaqların ucunda qura bilmərsən, məyus olmaq əvvəldən əsl özünü göstərməkdən həmişə daha ağrıdır".
"Partniyorunda axtardığı yeganə keyfiyyət səni özünə cəlb etməsidir. Qalan heç bir məsələ heç bir rol oynamır. Əgər onu sevirsənsə, ona görə narahat olur və həyəcanlanırsa, onda heç bir "planka" yoxdur".
"Özünü sevməyən insanlar bir-birini sevə bilməz, odur ki, belə cütlük xoşbəxt ola bilməz".
"Ərə getmək üçün nə etmək lazımdır? Sadəcə bir şeyi etmək lazımdır - özün olmaq. Bu, kifayətdir. Prinsipcə, təkcə buna görə sevirlər".
"Əgər onun sizinlə davranışı xoşunuza gəlmirsə, xoşagəlməz nə isə edin, ona bu barədə bir dəfə deyin. Əgər vəziyyət dəyişmirsə, "Xoşgetdin".
"Normal insan sayğı duyulmayan münasibəti davam etdirməz. Və belə münasibətə ümumiyyətlə başlamır".
"İnsan həyatının girov hesab edildiyi bir dövr var ki, valideynlərindən obyektiv şəkildə asılı olur. Bu, uşaqlıq və valideynlərdən asılılıqdır. Amma bu dövr qısa çəkir. Qalan bütün hallarda istənilən münasibətlərdə yetkin insanın seçimi dayanır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1235   Tarix: 30 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

turlar.az

yay geyimləri 2026 toy makiyajlari qadin dunyasi terxun kompotu oxu zalı seksual qadin qırmızı xalça kosmetika novruz bayramina aid hakistalar hesaplama hakışdalar olumu faydalı məsləhətlər