Meyvə qabıqlarının sehri
Bəzi meyvələrin qabığı onun özündən daha faydalıdır. Qabıqlar vasitəsi ilə dəridə meydana gələn müəyyən problemləri aradan qaldıra, həmçinin, saçlarınıza qulluq göstərə bilərsiniz.
Yetişmiş bananın qabığı dərini ağardır. Həmçinin, sızanaqların azalmasına səbəb olur. Bananı yeməzdən öncə qabıqlarını yaxşıca yuyun. Onları qaynayan suyun içinə töküb 10 dəqiqə bişirin. Daha sonra əzib püre halına salın. Üzərinə bir neçə damcı ərik tumu yağı əlavə edin. Bu maska sızanaqlarla yanaşı, dərinin həddən artıq yağlanmasının da qarşısını alır. Banan qabığı ilə üzü 10 dəqiqə masaj etmək də effektlidir.
Portağal qabığından dərinin bərpa edilməsində istifadə olunur. Onu xırda-xırda doğrayıb ilıq suya tökün. Bir gecə suda saxlayın. Daha sonra bu suyu süzüb onunla üzünüzü yuyun və qurumağını gözləyin. Üz dərisi quruduqdan sonra bir neçə damcı nar tumu yağı ilə dərinizi masaj edin. Portağal qabığı ölü dəri hüceyrələrini təmizləyir, dərini bərpa edir.
Alma qabığı saç tökülməsinin qarşısını alır. O saç tökülməsinin qarşısını almaqla yanaşı, yeni çıxan tüklərin sürətlə uzanmasını da təmin edir. Alma qabığını qaynar suyun içinə töküb 1 gecə saxlayın, daha sonra süzün. Şampunla yuduqdan sonra, həmin su ilə saçınızı yaxalayın. Yarım saat gözlədikdən sonra saçları adi su ilə təkrar yuyun.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto