Meyvə şirələri uşaqlara nə vaxt verilməlidir

Meyvə şirələri uşaqlara nə vaxt verilməlidirŞirələr uşağın fermentativ sistemin fəal və düzgün işləməsini tələb edir. Şirələrin qəbulu uşağın (xüsusilə körpə uşağın) mədə-bağırsaq və immun sistemini ciddi yükləyir və bir çox uşaqların orqanizmi bunun öhdəsindən gələ bilmir. Nəticədə şirə qəbulundan sonra uşaqlarda qarın köpü, ishal, dəridə səpgilər və qızarma əmələ gəlir.

Əvvəllər meyvə və tərəvəz şirələri körpələrə 1 aylığından etibarən verilirdi.Sonralar isə, sübut olundu ki, körpənin fermentativ sisteminin qeyri-yetkinliyi səbəbindən şirələr uşaq orqanizmi tərəfindən çətinliklə mənimsənilir.

Bu səbəbdən, bir çox pediatrlar şirələrin yalnız uşağın 1 yaşından sonra verilməsini tövsiyə edirlər.

Şirələr çox xeyirlidir. Onlar uşağın iştahasını artırır, qəbizliklə mübarizədə kömək edir, uşağın orqanizmini bir çox ona lazım olan vitamin və mikroelementlərlə təmin edir. Bundan əlavə bir çox uşaqlar meyvə yeməyi sevmir. Lakin şirələri çox həvəslə içirlər.

Uşağa yeni şirə verdikdə, çox ehtiyatlı olmaq lazımdır, çox kiçik miqdarlardan (1/2 çay qaşığı) başlamaq və tədricən (2 qaşıq, sonra 3, 4 və s.) artırmaq lazımdır.

Asan mənimsənilməsi üçün şirəni əvvəllər yarıbayarı su ilə durulaşdırmaq lazımdır. 1 yaşlı uşağa gün ərzində 100 ml şirə vermək olar.

Təbii ki, şirə üçün istifadə olunan meyvələr yalnız yerli, mövsümi və dəymiş olmalıdır. Kal, xarab meyvələrdən istifadə etmək olmaz!

Monokomponent (bir meyvə və ya tərəvəzdən olan) şirələrdən başlamaq lazımdır.

Sarı və yaşıl turş olmayan almalardan (qırmızı yox!), armudlardan, balqabaqdan hazırlanan şirələrən başlamaq olar. Bu şirələr daha az hallarda allergiyaya səbəb olur və daha asan mənimsənilir. Uşağın orqanizmi bu şirələrə heç bir mənfi reaksiya vermədikdə, onları qarışdırmaq da olar (alma-armud şirəsi, alma-balqabaq şirəsi).

Nəzərinizə çatdıraq ki, şirələrə şəkər tozu əlavə olunmamalıdır.

Daha sonra uşağa (təbii ki, yuxarıda qeyd olunan qaydalara əməl etməklə) qavalı, ərik, şaftalı, qara qarağat, albalı şirələri vermək olar. Tərəvəzlərdən balqabaq və kök şirələri çox xeyirlidir.

Portağal, narıngi, çiyələk, ekzotik meyvələrin şirələri çox yüksək allergik xüsusiyyətlərinə malikdir və bu səbəbdən onlarla çox ehtiyatlı olmaq lazımdır.

Allergiyaya meyilli olan uşaqlara bu şirələri vermək tövsiyə olunmur.

Hər yeni şirəni günün birinci yarısında qida qəbulların arasında vermək lazımdır.

Şirəni verdikdən sonra uşağın orqanizminin reaksiyası fikir verin. Uşaqda qarın köpü, ishal, dəridə qızarma və səpkilər əmələ gəldikdə, bu şirədən imtina edin.

Bir çox müasir pediatrlar şirələrin əvəzinə uşaqlara müxtəlif smuzilərin (blenderdə əzimiş meyvə və tərəvəzlər) verməyini tövsiyə edir. Smuzilərin əsas fərqi ondan ibarətdir ki, onların tərkibində qidalı liflər də saxlanılır ki, nəticədə onların mənimsənilməsi daha asan olur.

Ailə və Uşaq     Baxılıb: 7605   Tarix: 17 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

donlar 2026 yaz geyimleri 2026 makiyaj etmek qaydalari prezervativ masaj şirniyyat resepti elm haqqinda atalar sozu kosmetika kokelmek sağlamlıq cinsi əlaqə itburnu novruz bayramina aid hakista