Meyvə şirələrinin düzgün saxlanma QAYDASI

Meyvə şirələrinin düzgün saxlanma QAYDASITəzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak etdiyimiz və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir.
Sağlamlıq üçün olduqca faydalı olan bu şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin isə öz faydası vardır. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Buna görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlandıqda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində bu vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq.
Meyvə şirələrindən düzgün istifadə edirikmi?
Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanması düzgün deyil. Bu şəkildə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcəkdir. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanmış şüşə qablarda və soyuducuda saxlanmalıdır. Qoxusu və dadı dəyişmiş  meyvə şirələri istehlak edilməməlidir.
Meyvə yeməkdən zövq almırsınızsa, şirəsini içməklə gündəlik bir sıra minerallara, vitaminlərə və fitokimyəvi maddələr kimi bioaktiv birləşmələrə olan ehtiyacı ödəmək üçün faydalana bilərsiniz. Həmçinin meyvələrin lətli hissələrini şirələrə qarışdırmaqla daha sağlam fitonutrientlər və lif ehtiva edən bir içki əldə edə bilərsiniz ki, bu zaman şirənin tərkibində olan lif toxluq hiss etməyə kömək edə bilər.
Şirələrin tərkibində olan C vitamini, polifenol və karotenoidlər kimi bir çox maddələr sağlamlığımız üçün olduqca faydalıdır.
Xüsusilə C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığına görə bizi infeksion və iltihabi xəstəliklərdən qoruyur, hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur, ürək xəstəliyi riskini azaldır. Portağal, üzüm, qreypfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin mütəxəssislər tərəfindən orqanizmə daha faydalı olduğu bildirilir. 
Portağal şirəsi 
Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə zəngindir. bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını qarşılayır. Fol turşusu, kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu  xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə istehlak edilməlidir. Həmçinin gecə yarısı içilən portağal suyu da yuxusuzluğa səbəb ola bilər.
Üzüm şirəsi 
Üzüm şirəsinin tərkibində A, B, C vitaminləri, kalium və dəmir mineralları  var. Güclü antioksidant xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq immun sistemini gücləndirir. Üzüm şirəsi tərkibində çox miqdarda kalium və dəmir ehtiva edir. Üzüm suyu immun sisteminə və ürək-damar sağlamlığına müsbət təsir göstərir, xolesterol və şəkəri tarazlaşdıraraq ürək sağlamlığını təmin edir.
Alma şirəsi 
Alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə zəngindir. Həmçinin yaddaşı gücləndirir, stres və yaşlanmanın təsirlərini azaldır.
İmmun sistemini gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Sağlam qidalanmaq üçün qida rasionunda kifayət qədər meyvə olmasını təmin etmək, mövsümi meyvələrdən, eləcə də təzə sıxılmış meyvə şirələrindən istifadə etmək vacibdir. Müntəzəm olaraq meyvə şirələrini istehlak etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür.
Meyvənin keyfiyyəti hazırlanan şirənin də keyfiyyətinə böyük təsir göstərir. İstifadə olunan meyvə tam yetişməli, zədələnmiş və ya çürümüş olmamalıdır. Həmçinin şirə hazırlayarkən meyvənin axar suyun altında təmiz yuyulub, suyunun çəkilməsi şərtdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1111   Tarix: 08 yanvar 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

yemek reseptleri geymler 2026 toy makiyajlari gozalti qaralar ucun maska qarasin qizlar ucun makiyaj öpüşmək qaydası intim seks kosmetika sekis şəhid sac modelleri maska intim munasibetler