Moruqlu tort
Ərzaqlar:
Biskvit üçün:
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1/2 paket vanil
Krem üçün: 
200 q kəsmik
1 st şəkər tozu
200 qaymaq
1/2 paket vanil
Bəzədilməsi üçün:
Moruq (təzə ya da dondurulmuş)
qoz
Hazırlanması:
Kremi hazırlamaq üçün bax Kəsmik ilə qaymaqlı krem
Biskviti hazırlamaq üçün yumurtaların sarısını ağından ayırırıq. Ağını köpüklənənə qədər çalırıq.

Şəkər tozunu az-az töküb çalırıq.
Yumurta sarılarını bir-bir töküb çalırıq.

Unu və vanili əlavə edib qaşıqla qarışdırırıq.
Qaba kağız qoyub qarışığı töküb bərabər yayırıq.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.Biskviti qabdan çıxarıb üzünü bıçaqla nazik kəsib götürürük.
Sap vasitəsi ilə biskviti bərabər iki hissəyə bölürük.
Bir layı qoyub moruğun suyundan üstünə tökürük və kremləyirik. Arasına zövqə görə qoz səpib moruqdan yığırıq.

İkinci layı qoyub yanını və üstünü kremləyirik.

Zövqə görə qalan moruq ilə üzünü bəzəyirik.
Nuş olsun!









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri