Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil - Reabilitoloq xəbərdar edir

Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil - Reabilitoloq xəbərdar edirMilli.Az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açıqlamasında müalicəvi masajın sağlamlıq üçün faydalarına və yanlış tətbiq edildikdə doğura biləcəyi risklərə diqqət çəkib.
"Hipotonuslu əzələdə müalicəvi masaj və müalicəvi idman düzgün ardıcıllıqla tətbiq olunarsa, mükəmməl nəticə əldə etmək mümkündür. Müalicəvi masaj düzgün tətbiq olunduqda əzələ gərginliyini azaldır, qan dövranını yaxşılaşdırır, oynaq hərəkətlərini bərpa edir və ümumi rahatlıq verir. Xüsusilə boyun, bel və kürək nahiyəsindəki ağrılarda müsbət təsir göstərir", deyə reabilitoloq bildirib.
Onun sözlərinə görə, masaj bir çox reabilitasiya proqramlarının tərkib hissəsidir və idmandan sonra yaranan əzələ gərginliklərinin aradan qaldırılmasında, həmçinin stres və yuxusuzluğun azaldılmasında effektivdir.
Lakin mütəxəssis xəbərdarlıq edir ki, hər müalicə üsulunda olduğu kimi, masajın da doğru diaqnoz əsasında və mütəxəssis tərəfindən aparılması vacibdir:
"Bəzi hallarda masaj əks göstərişdir. Məsələn, fəqərə yırtığı, iltihabi proseslər, osteoporoz və ya qan laxtalanma problemləri olan insanlarda masaj əlavə fəsadlara səbəb ola bilər. Eyni zamanda, qeyri-peşəkar insanlar tərəfindən edilən masaj travmalara və sinir zədələnmələrinə yol aça bilər".
O, vətəndaşlara özbaşına masaj seanslarına getməmək, əvvəlcə reabilitasiya və ya fizioterapiya üzrə mütəxəssisə müraciət etmək tövsiyə edir.
"Masaj - sadəcə rahatlıq üçün yox, bəzən tibbi müdaxilə kimi tətbiq olunur. Bu səbəbdən düzgün yanaşma olduqca vacibdir", deyə Afaq Azad fikrini tamamlayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 05 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma geyim seçimi merlin monro toy ucun qisa donlar milli mətbəx debli cantalar 2026 kosmetika veten haqqinda atalar sozleri namiq qaraçuxurlu ginekoloq azerbaycanli is adami amerikada gullelendi ikizler