Narın bilmədiyimiz faydaları

Narın bilmədiyimiz faydalarıNar xalq təbabətində geniş istifadə olunan meyvələrdən biridir. Mütəxəssislərin qənaətinə görə, bir ədəd narın tərkibində insana lazım olan gündəlik vitaminin 40 faizi var. Yunan mifologiyasında nar tanrının qidası sayılır. Onun təsviri Misir piramidalarında tapılıb. "Cənnətdən gələn meyvə" ifadəsi də məhz bu anlamda işlənir.
Milli.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev AZƏRTAC-ın bölgə müxbirinə narın bir çox vitamin və minerallarla, bədənin normal fəaliyyət göstərməsi üçün lazım olan elementlərə zəngin olduğunu bildirib: "Nar dörd mühüm vitaminlə zəngindir - C, P, B6 və B12. Meyvə və tərəvəzlər arasında vitamin C-nin ən çox olduğu nar immun sisteminə yaxşı təsir göstərir. Vitamin P qan damarlarını, B6 sinir sistemini gücləndirir, B12 hemopoezi yaxşılaşdırır. Amma narın faydası bununla qurtarmır. Qeyd edim ki, narın tərkibində çoxlu turşu lif və tanin maddəsi də var. Narın tərkibində olan maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı faydalıdır və dezinfeksiyaedicidir. Büzücü xüsusiyyətə malik olan və ishal ilə mübarizə aparan tanini xüsusi qeyd etmək lazımdır".
F.İsayevin sözlərinə görə, nar damar divarlarını, sinir sistemi və qan dövranını gücləndirir. Həkimlər yaşlılara və cərrahiyyə əməliyyatına məruz qalanlara bu məqamlara diqqət yetirməyi məsləhət görürlər. Soyuqdəymənin, tiroid vəzinin, kardioloji xəstəliklərin müalicəsində və qarşısının alınmasında da narın faydası böyükdür. Ateroskleroz, qansızlıq və bədəni taqətdən düşmüş xəstələrin müalicəsində nardan istifadənin çox böyük faydası var. Narda olan vitaminlər və mikroelementlər bu cür xəstələrin daha tez sağalmasına kömək edir. Əgər nardan müntəzəm istifadə olunsa, bu, hipertoniyalı xəstələrdə arterial təzyiqin azalmasına müsbət təsir göstərir. Orqanizmə nar ilə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin nizamlanmasına kömək edir. Bu Şərq meyvəsindən müntəzəm istifadə mədə xərçənginin inkişafına mane olur. Nar bronxial astma və anemiya xəstələrinə də faydalıdır. Narın dənəsi və şirəsi bədənin radiasiyaya qarşı müqavimətinin artmasına da kömək edir.
"Narın faydalarını saymaqla qurtarmaq olmaz, tərkibi vitaminlərlə çox zəngindir. Bu meyvə praktiki olaraq bütün xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir", - deyə mütəxəssis bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1952   Tarix: 12 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler