"Nə olsun ki, qadın kimi geyinirəm, qeyrətim də, namusum da var" - Samiraldo

"Nə olsun ki, qadın kimi geyinirəm, qeyrətim də, namusum da var" - SamiraldoTanınmış prodüsser Tarix Əliyevin (Tolik) həmyerlimizə pozğun deyən insanları Samiraldo ilə müqayisə etməsi çox keçmədi ki, qarşı tərəfi də biganə qoymadı. Belə ki, Tolik Türkiyədə terror zamanı dünyasını dəyişmiş həmyerlimiz Nuranəni sosial şəbəkədə pozğun adlandıran şəxsləri sərt şəkildə təndiq edib və onları Samiraldo ilə müqayisə edərək: "Samiraldo sizdən qeyrətlidir" deməsi stilist Samir Əliyevi (Samiraldo) də danışmağa məcbur etdi.

Danışan Samir Əliyev bir çox insandan qeyrətli olduğunu, yeri gələndə istənilən xanımı, istənilən bəyi qorumağa, müdafiə etməyə gücünün-qüvvətinin və qeyrətinin olduğunu bildirdi:

"Əvvəla onu qeyd edim ki, çox yalnış bir hərəkətdir hər hansısa bir Azərbaycan qadınını pozğun adlandırmaq, onu təhqir etmək monitor arxasından. Bu yeni il gecəsidir, o sözügedən gecə klubu isə çox səviyyəli bir yerdir. Yüzlərlə insan mədəni şəkildə yeni ili qarşılamaq üçün yola çıxır. Kimisi ailəsi ilə, kimisi barda, kimisi gecə klubunda, kimisi restoranda yeni il gecəsini qeyd edir. Bu nə cür yanaşmadır? İndi kimsə yeni ili küçədə qeyd edirsə demək ki, o küçə adamıdır? İkincisi də ki, o monitor arxasından yazanlar heç vaxt o insanın ailəsinin, doğmalarının qarşısına çıxıb o sözləri onların doğmalarına deyə bilməzlər. Elə monitor arxasından şirə dönüb qan qaratmaqdan başqa bir şey bilmirlər.

O ki, qaldı Tolikin məni onlarla müqayisə etməyinə mən onu deyim ki, mən bir çoxlarından qeyrətliyəm, yeri gələndə hər hansısa bir xanımı, yaxud hansısa bir bəyi müdafiə etməyə, qorumağa, tərəfin saxlamağa, müdafiə etməyə qeyrətim də, namusum da, gücüm də çatır. Mən indiyə qədər heç kimi təhqir etməmişəm, heç kimin xanımı haqqında nalayiq ifadə işlətməmişəm. Nə olsun ki, mən qadın kimi hərəkət edirəm, nə olsun ki, mən qadın kimi geyinirəm, mənim qeyrətim də, namusum da var. Tolikin sözündə həqiqət var. Çünki mən onlardan qeyrətliyəm, onlardan mərdəm".
///Cebhe.info

Xəbərlər     Baxılıb: 2065   Tarix: 03 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

turlar.az

geyim seçimi yay kolleksiyasi qadın geyimi hakisda frans subert haqqinda aylıq bürclər aliment almaq kosmetika gözellik bayatılarımızda vətən həsrəti vətənə aid bayatı google qiz evi ucun