Nevropatoloq: Yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır

Nevropatoloq: Yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdırSon illər mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Şübhəsiz ki, onun həyat və məişətimizə gətirdiyi rahatlığı danmaq olmaz. Lakin bununla yanaşı, ondan aşırı dərəcədə istifadənin mənfi təsirləri də çoxdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nevropatoloq Yeganə Rəşidova deyib: "Mobil telefonla danışarkən 1 dəqiqə ərzində beyinə 217 elektromaqnit impulsu ötürülür. Yəni, hər orqanizm bu "zərbəyə" davam gətirə bilmir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun müddət və davamlı şəkildə mobil telefonlarla danışmaq orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsi ehtimalını artırır. Ona görə də mobil telefonlardan mümkün qədər az istifadə etmək məsləhətdir".
İnsanlar mobil telefonlar vasitəsilə gün ərzində danışmaqla kifayətlənmir, gecə saatlarınadək həmin qurğularda ya oyunlar oynayır, ya da sosial şəbəkələr üzərindən yaxın ətrafı ilə yazışırlar. Hətta bəzən yatmağa hazırlaşarkən mobil telefonları yanında saxlayır və bunun nəticəsində orqanizm gecə saatlarında da şüaya məruz qalır. Həkim-nevropotoloq qeyd edib ki, yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır: "Saat 1-də yuxunun birinci fazası başlayır. Ən azı həmin fazanı rahat yatmaq üçün ən azı saat 12-dən sonra telefonları söndürüb özümüzdən ən azı 2 metr uzağa qoymaq lazımdır".
Alimlərin fikrinə görə mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur, çünki bu rabitə vasitəsindən istifadə edən zaman o beyin və gözlərə ən yaxın məsafədə olur və digər fəsadları ilə yanaşı görmə qabiliyyətinə də mənfi təsir göstərir. Mobil telefonlar işimizi nə qədər asanlaşdırsa da, onlardan saatlarla istifadə edilməsinin zərərli olduğunu unutmaq lazım deyil. Ona görə də həyatımıza rahatlıq gətirən kiçik əşyadan yalnız ən zəruri hallarda yaralanmaq daha düzgündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2021   Tarix: 14 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yay kolleksiyasi kosmetoloq reseptler ədəbiyyat testləri parket döşəmələr 2026 cu ilin modasi əllərin tərləməsi kosmetika novruz bayramina aid yemekler faydalı bilgilər xanim.az pehriz