Niyə hər il yüz minlərlə uşağın ölümünə səbəb olan rotavirusa qarşı peyvənd hər kəsə vurulmur?

Niyə hər il yüz minlərlə uşağın ölümünə səbəb olan rotavirusa qarşı peyvənd hər kəsə vurulmur?Koronavirusa qarşı peyvəndin ixtirasını və tətbiqini səbirsizliklə gözləyirik, həmişəlik ev təcridxanasında qalmaq mümkün deyil və dərmanın tezliklə hazır olacağına böyük ümid bəslənilir. Bəs peyvənd gələn ilin yazından yenidən alovlanacağı gözlənilən COVID-19-dan tamamilə xilas olmağa kömək edə bilərmi?
Məşhur televiziya aparıcısı və Kremlin sabiq baş həkimi Aleksandr Myasnikov bu yaxınlarda sosial şəbəkələrdə mövzuya toxunub. O bildirib ki, on minlərlə, yüz minlərlə insanı bir çox ölümcül xəstəliklərdən xilas edən vaksinlər mövcuddur, lakin insanlar müxtəlif səbəblərə görə bunları vurdurmur və beləliklə ölüm faizi artmaqda davam edir. Myasnikov xüsusilə rotavirusdan ölüm səbəblərinə toxunub. O qeyd edib ki, rotavirusa qarşı peyvəndin çoxdan olmasına baxmayaraq, yüz minlərlə insan hələ də bu səbəbdən ölür.
Bəs niyə rotavirusa qarşı peyvəndi hər kəsə hər yerdə etmirlər? Və görəsən yüz minlərlə insanın adi soyuqdəymədən ölməsi mümkündürmü? ÜST-nin məlumatına görə, 2013-cü ildə (statistika yalnız bu dövrdə yayımlanıb) dünyada 215 min uşaq məhz sözügedən virus səbəbilə ölüb. O vaxtdan bəri vəziyyət kökündən dəyişməyib, belə ölümlər bu günə qədər qalır.
Publika.az kp.ru-ya istinadən xəbər verir ki, pediatr, Moskva tibb mərkəzinin rəhbəri Yevgeni Timakov rotavirus vaksinləri barədə məlumat verib:
"Rotavirus beş yaşdan kiçik uşaqlar üçün təhlükəlidir. Onun simptomları nəticəsində dehidrasiya (bədənin ağır susuzlaşması) baş verir. Bu zaman bədən çəkisinin 10%-ni itirmək ölümcül hesab olunur. 70 kq ağırlığında olan bir insanın rotavirusdan bədən çəkisinin 10 faizini itirməsi ehtimalı azdır. Lakin 20 kiloqram uşaq üçün bu, təhlükəlidir.
Əgər valideynlər həkimə vaxtında müraciət etsələr, xəstəliyin gedişatının xoşagəlməz nəticəsini minimuma endirmək mümkündür. Valideynlər uşağın müalicəsi ilə özləri məşğul olmamalıdır, əks halda bədənin dehidrasiyasına gətirib çıxara bilər".
Ekspert "Bəs ildə 200 min ölüm hadisəsi niyə baş verir" sualına belə cavab verib:
"Dünyadakı ölümlərin yarısı beş ölkədə baş verir: Hindistan, Pakistan, Nigeriya, Anqola və Konqo. Bu ölkələrdə sanitariya şəraiti və tibbi xidmət səviyyəsi yaxşı deyil. Rotavirus infeksiyasının yaxşı idarə olunduğunu göstərən başqa bir fakt var, bu, infeksiyaya qarşı peyvəndin olmasıdır. Ölkəmizdə bu peyvənd məcburi deyil. O, ucuz deyil, xarici istehsaldır, buna görə də Rusiyanın bütün bölgələrindəki əhalinin pulsuz peyvənd edilməsinə imkan yoxdur. Ancaq Moskvada peyvənd poliklinikalarda və səhvsiz edilir. Yetkinlər rotavirus infeksiyasının yayıldığı hər hansı bir bölgəyə, məsələn, Hindistana gedərsə, özləri ilə tərkibində müxtəlif bağırsaq antiseptikləri, eləcə də rotavirus infeksiyası preparatları olan ilk tibbi yardım dəsti götürməlidir. Ölkəmizdə rotavirus infeksiyasına qarşı hazırlıqlar aparılır. Bəzi dərmanlar həm rotavirusa, həm də bakterial zəhərlənməyə təsir göstərir, virusun, patogenezin qarşısını alır, xəstəliyin mənfi təsirlərini azaldır, ishal sindromunu aradan qaldırır və intoksikasiyanı rahatlaşdırır. Fəsadların qarşısını almağa, bağırsağın lazımi bakterial fonunu bərpa etməyə yönəlmiş dərmanlar da var. Vurğulamalıyam ki, böyüklər üçün rotavirus infeksiyası təhlükəli deyil", - deyə Yevgeni Timakov qeyd edib.
Myasnikov isə infeksiya nəticəsində ölənlərin statistikasını (dünyada il ərzində) verib:
Qızılca (peyvənd var) - ildə 140 min ölüm
Hepatit B (peyvənd var) - ildə 650 min ölüm
Tetanoz (peyvənd var) - ildə 89 min ölüm
Servikal xərçəng (peyvənd var) - ildə 250 min ölüm
Vərəm (peyvənd var) - ildə 1.5 milyon ölüm
Qrip (peyvənd var) - ildə 650 min-1 milyon ölüm
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1898   Tarix: 06 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

maskalar donlar 2026 yay geyimləri 2026 kesəriyyə elm ve bilik haqqinda atalar sözləri bagirsaqlari temizlemek ucun hakışta kosmetika dolca vidyolar qizlar baldiza aid bayatilar