Niyə yalnız 38 dərəcə qızdırma olanda test götürülür?

Niyə yalnız 38 dərəcə qızdırma olanda test götürülür?Son həftədə dünyada və Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Elə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru pandemiya başlayan gündən dördüncü dəfədir ki, bir həftə ərzində yüksək yoluxmaların qeydə alındığını xəbər verib. Bu isə dünyada 780 milyon doza vaksinin paylanması fonunda baş verir. ÜST rəhbəri pandemiya ilə mübarizədə vaksinlərin həyati əhəmiyyət kəsb etdiyini, lakin bunun mübarizə üçün tək vasitə olmadığını bildirib.
Azərbaycanda da son günlər virusdan yoluxma və ölüm sayları artmaqdadır. Bununla belə, vaksinasiya işləri davam etdirilir. Bu günədək ölkəmizdə 1177187 nəfər vaksin olunub. Bəs görəsən, nəyə görə yoluxma hər gün daha da çoxalır? Vaksinlərdən sonra yoluxma mümkündürmü?
Milli.Az xəbər verir ki, bu və digər suallarla bağlı Musavat.com-a həkim-infeksionist İlhamə Abbasova danışıb:
"Son iki həftədə müraciətlərin sayı çoxalıb. Xəstəlik heç də yüngül gedişatlı deyil. Bundan əvvəlki alovlanmalarla müqayisə etsək, bu dəfə virusun ciyərə keçməsi daha sürətlidir. Pasiyent iki gündür xəstə olduğunu deyir, müayinədən sonra baxırsan ki, 30-40 faiz zədələnmələr var. Amma əvvəllər xəstənin bir həftə hərarəti olurdu, halsızlıq kimi simptomlar müşahidə edilirdi. Bundan sonra ciyərə keçməsini müşahidə edirdik. İndi isə 2-3 günə xəstədə buzlaşma ciyərə keçir. Xəstəliyin ağırlıq dərəcəsi isə hər kəsin orqanizmində bir cür özünü göstərir. Yanaşı xəstəliyi olanlar, şəkərli diabetlər, immun sistemi aşağı olanlar virusu daha ağır keçirirlər".
İ.Abbasova insanların poliklinikalarla bağlı narazılığına, hərarətin yalnız 38 dərəcə olduğu zaman test götürülməsi məsələsinə münasibət bildirib: "Hərarət 37.5 olanda xəstəliyin ağırlaşması sayılmır. 38 dərəcədən yuxarıdırsa, artıq xəstəliyin ağırlıq dərəcəsindən xəbər verir. Xəstə sayı çox olduğuna görə çatdıra bilmirlər. Hər kəs müraciət edir, tutaq ki, xəstələr bəzən qidadan zəhərlənir, qusur, çağırış edirlər ki, əlamət var, test götürün. Bir-iki gün gözləmək lazımdır. Ya da 37 qızdırma zamanı çağırış etmək düzgün deyil. Davamlı olsa, ağırlaşmalar olsa, yəni temperatur yüksəlsə, müraciət etmək olar. Heç temperatur 38-38.5 olsa da, o demək deyil ki, səndə mütləq 50-60 faiz pnevmoniya var. Elə xəstələrimiz var ki, 38.5, 39 dərəcə qızdırması var, ciyərində heç bir faiz zədələnməsi yoxdur. Bu, xəstəliyin özəlliyidir. Bu virusda temperatur olmaya da bilər. Həmin xəstələrdə virus yüngül keçir. Mən rastlaşmamışam ki, xəstə yüngül keçirib, birdən-birə pisləşsin".
İnfeksionist qeyd edir ki, özlərində ilkin əlamətləri hiss edənlər evdə bol maye qəbul etməlidirlər: "Temperatur varsa, parasetamol istifadə etməlidirlər. Həkimdən icazəsiz heç bir preparat qəbul etmək olmaz. Bu xəstəlikdə çox dərman preaparatı qəbul etmək olmaz. Bildi-bilmədi antibiotiklərə başlamaq olmaz, bu, xəstənin vəziyyətini ağırlaşdırır".
İnfeksionist vaksin vurulandan sonra bəzi insanlarda ağırlaşmaların olması iddiasına da cavab verib: "Bizə də belə müraciətlər olur, deyirlər birinci vaksindən sonra kovid oldum. Belə deyil. Qorunmurlar, ya vaksin vurulmamışdan öncə xəstələnirlər. Tutaq ki, xəstə vaksin olunmağa gəlir, "heç bir şikayətim yoxdur", deyir. Amma halbuki iki gün öncə yas yerində, ya da başqa bir məclisdə olub, yoluxub. 3-4 günə də bu büruzə vermir. Vaksin olunur, deyir ki, COVİD oldum. Hər bir vətəndaş bilməlidir ki, vaksindən sonra qorunmaq lazımdır. Vaksin olunandan sonra məclislərə gedir, maskadan istifadə etmirlər. Sonra da deyirlər vaksindən sonra xəstəliyə tutuldum. Vaksin olunan şəxs o demək deyil ki, COVİD-ə yoluxmayacaq. Yoluxa bilər, amma yüngül keçirəcək. Vaksin olunanlar xəstəliyi yüngül keçirirlər. Simptomlar olur, uzağı 3 gün, bir həftə sonra yaxşı olurlar. Vaksin hər kəsə vurulmalıdır. Əhalinin 90 faizi vaksin olunmalıdır ki, kollektiv immunitet yaransın, biz bu virusa qalib gələ bilək. Vaksindən çoxu imtina edir, bəhanələr gətirir, "allergiyam var", "təzyiqim var", "şəkərim var" deyirlər. Bunların vaksinə dəxli yoxdur. Vaksinlər kimlərə olmaz? Hazırda kəskin xəstəliyi olanlara olmaz".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1783   Tarix: 17 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim və ayaqqabılar geyim seçimi adlarin menasi seksual fotolar usaq otagi dizaynlari genc aile tanınmış qadınlar kosmetika gülməli hakıştalar novruz hakıştası ekizler dolca atalar sozleri