Oğlanlar özünü qız kimi aparır, bu qidaları yemək olmaz - Professordan ÇAĞIRIŞ

Oğlanlar özünü qız kimi aparır, bu qidaları yemək olmaz - Professordan ÇAĞIRIŞ"Son zamanlar tez-tez belə bir fikir səslənir ki, "bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir".
Bu cür məlumatlar Covid-19 bəlasının acı həqiqətləri səbəbindən, mənən tükənmiş və ruhən sarsılmış xüsusən, valideyn olan insanlara yenidən ağrılı və sarsıntılı hisslər yaşadır".
Bunu professor Musa Qəniyev bildirib.
Alimin sözlərinə görə, bəzi oğlan uşaqlarında yaşanan davranış pozğunluğu müvəqqəti ola bilir:
"Əvvəla, insanların narahatlığının əsasında, Qərbdə bu kimi məsələlərə fərqli münasibətin olması durur (məsələn, eynicinslilərin evlənməsi). Bunu bəziləri, hətta "Şərqə intiqrasiya edən Qərb modeli" də adlandırırlar. Gen mutasiyasının nəticəsi kimi, əsasında hormonal disfunksiya duran bu durum, əslində ali sivilizasiyaların 100 illərlə davam edən, son mərhələsində önə çıxır (məsələn, antik dövrdə Yunanıstanda olduğu kimi) və yeni dövrün başlanması ilə sporodikləşir. Odur ki, bu halı konkret məkanla bağlamaq düzgün deyildir. Yəni, burada Qərb modeli, Şərq və ya Qərb anlayışı kimi deyimlər, eyni dərəcədə mənasız, əsassız və səhv fikirdir. Bu, hormonal disfunksiyadır, tamamilə fərqli yanaşma, interperetasiya və təhlil tələb edir. Bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və valideynlərin narahatlığına səbəb olan hal isə hormonal aktivliyin modulyasiyasıdır. Yəni patoloji proses deyildir. Fizioloji kənaraçıxma kimi dəyərləndirilən bu halın əsasında, zülali qidalanmada hormonal tənzimin pozulması durur (məsələn, heyvandarlıq və quşçuluq təsərrüfatlarında, hormonlarla zənginləşdirilmiş zülal tərkibli,  yemlərdən nəzarətsiz istifadə və s.).
Müxtəlif yarımfabrikat, enerji içkiləri, fəsdfud və s. qidalara normativə tam əməl olunmayan E120,  E621,  E250  və s. kimi fərdi indeksli iştah və dad artırıcı əlavələr də bura aiddir. Uşaq orqanizmində hormonların dəyişim nisbəti, fizioloji tarazlıq halına, ilkin yetkinlik yaş dövründə, yəni təbii dinamik fərqlilik nisbətinə qədəm qoyduqda, tam bərpa olunur. Odur ki, bəzi oğlan uşaqlarında müşahidə olunanlar yalnız geri dönüşlü müvəqqəti hal və ya fizioloji pozğunluqdur. O, xüsusi narahatlığa səbəb olacaq, heç bir ciddi patologiyadan xəbər vermir. Buna görə valideynlər qorxu, stress və gərginlik hissi keçirməməlidir. Yalnız uşaqları qorumalı, qüruruna toxunmamalı, özünə qapanmaya imkan verilməməli, bunun müvəqqəti bir hal olduğunu həm özləri anlamalı, həm uşağa, həm də yaxın ətrafa anlatmalıdırlar. Başqa sözlə, bunun yuxarıda dediyim sivilizasiya dönəmi ilə bağlılığı və ya aşağıda təhlilini verdiyim məlum xəstəliklə heç bir əlaqəsi yoxdur. Yəni bu hal nə xəstəlik, nə də patoloji prosesdir".
M.Qəniyev oğlan uşaqlarının özünü qız kimi aparmalarının anadan qaynaqlandığını da deyib. Professor bu "xəstəliyin" 3 nəslə ötürülə biləcəyini də vurğulayıb:
"İndi isə, insanların məlum səbəbdən qorxduğu xəstəlik barədə. Əksəriyyətin müxtəlif adlarla adlandırdığı patoloji hal, müstəqil nozoloji vahiddir. O, X xromosomu, yəni ana xətti ilə (bu cür qadınlarda cinsi istəkdə müəyyən fərqlilik olur) nəsildən-nəsilə verilən, irsi genetik xəstəlikdir. Çünki oğlan uşaqları X xromosomunu anadan alır və ana xətti oğlanlarda daha güclü olur. Odur ki, ana tərəfdə məlum xəstəlik varsa, dünyaya gələcək oğlan uşaqlarının daşıyıcı olma ehtimalı yüksəkdir, lakin mütləq deyildir. Çünki bu xəstəlik cəmi 3 nəsil davam edir. İlkin mənbədə bu gen inaktivdir. Bizim gördüyümüz aktiv faza 2-ci nəsildə olur. 2-ci nəsildə X xromosomunu ana xətti ilə alan, onun daşıyıcı və ötürücüsü olan qız uşaqlarında isə bu gen telomer itkisi səbəbindən 50:50 faiz nisbətində inaktivləşərək, növbəti 3-cü nəslə remissiv şəklə ötürülür. Nəticədə, anaya münasibətdə 2-ci, əslində 3-cü nəsil sayılacaq doğulan oğlan uşaqlarında bu xəstəliyin baş vermə ehtimalı sıfır faiz nisbətində olur. Yəni bu cür şəxslərə görə də, gələcək nəsil üçün xüsusi narahatlığa əsas yoxdur. Çünki əksər gen patologiyalarından fərqli olaraq bu xəstəlik əbədi deyildir. Biz onun aktivlik halını yalnız 2-ci nəsildə görürük. Son olaraq, xatırlatmaq istəyirəm ki, istər bu, istərsə də digər xəstəlikdən qorunmağın əsas yolu təbiətin mütləq qanunları, xüsusən, əksliklərin vəhdətini (gecə-gündüz, yaxşı-pis, qadın-kişi və s. kimi) mövcudiyyətin təməl əsası kimi qəbul edib, ona tabe olmaq və əməl etməkdir. Yalnız bu halda "anormal" hal və xəstəliklərdən sığortalanmış olarıq".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1338   Tarix: 07 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

yemek reseptleri qaşların formalari geyim və ayaqqabılar etiraflar sərxan kərəmoğlu ev dekorasiyası hamiləlikdə axıntı kosmetika burcler haqqinda efsane haxisdalar nizami gəncəvi kurtlar vadisi