"Omikron" ştammı yoluxmaları artıra bilər - İnfeksionist

Koronavirusun yeni ortaya çıxan "Omikron" ştammının əsas xüsusiyyəti spayk proteində baş verən mutasiya ilə bağlıdır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında İnfeksionist-hepatoloq Mərdan Əliyev deyib. Onun sözlərinə görə, bütün ştamlarda mutasiya bu proteində gedir, amma "Omikron" mutasiyanın çox olması ilə fərqlənir.
"Təxminən, 30 amin turşuda mutasiya baş verib. Bu, onu göstərir ki, dəyişilmə daha genişdir. Güman olunur ki, yeni ştammın sürətli yayılması yoluxma sayını artıra bilər. Buna görə də, vətəndaşlar virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolunun vaksinasiya olunduğunu unutmamalıdırlar" - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Covid-19 İgG (spike protein) - Spayk zülalı SARS-COV-2 virusunun örtük qatını meydana gətirən 4 struktur zülaldan (S,E,M və N) biridir. SARS-COV-2 virusuna tacabənzər görünüşü verən həmin S zülalıdır, hansı ki krioelektron mikroskopda görülə bilir. S zülalının xüsusiyətlərindən biri də virusun hüceyrəyə daxil olmasında rol oynamasıdır ki, bu, onu yoluxucu edir. İnfeksiyanın orqanizmə daxil olması ilə immun sistemimiz spesifik əkscisimlər və ya immunoqlobulinlər istehsal etməyə başlayır. S anti-cisimlərinin təyini xəstəlikdən və peyvənddən sonra yaranmış immun cavabın varlığını müəyyənləşdirməyə imkan verir.
M.Əliyev yeni ştammın ölkəmizə gəlməməsi üçün lazımi tədbirlərin görülməli olduğunu da diqqətə çatdırıb, lakin hazırda epidemioloji vəziyyətin normal olduğunu qeyd edib.
"Aktiv xəstə sayı sabitdir. Yoluxanların və sağalanların sayı təqribən bir-birinə yaxındır. Amma yeni ştammın ortaya çıxması bir qədər narahatlıq doğurur. Buna görə, xaricdən ölkəmizə gələn şəxslərdən testlər götürülməli və analiz olunmalıdır. Həmçinin qaydalara uyğun olaraq iki həftəlik karantində saxlanılmalıdırlar ki, yeni ştamm ölkəmizdə yayılmağa başlamasın" - deyə, infeksionist əlavə edib.
Bir sıra ölkələrdə koronavirus səbəbindən yoluxma və ölənlərin sayının artması fonunda məhdudiyyətlərə gedilir. Mütəxəssis isə hesab edir ki, hazırda Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsi və məhdudiyyətlərə gedilməsi çox gözlənilən deyil.
"Əgər yeni ştamm aşkarlansa və bununla əlaqədar yoluxma sayında artım müşahidə olunsa, o zaman bizdə də məhdudiyyətlərə gedilə bilər. Lakin hələ ki, belə bir hal yoxdur. Çox güman ki, Yeni il ərəfəsində məhdudiyyətlər olmayacaq" - deyə o vurğulayıb.
Mərdan Əliyev açıqlamasında vaksinasiyanın əhəmiyyətindən də söz açıb və insanları peyvənd olunmağa çağırıb.
"Hazırda vaksinasiya pandemiyaya qarşı ən güclü və ən yaxşı profilaktika peyvənd olunmaqdır. Ona görə də ən yaxşını etmək, peyvənd olunmaq lazımdır. İkinci dozanı vurduranların, xəstəlik keçirməyiblərsə, buster dozanı qəbul etmələri tövsiyə olunur. Xəstəlik keçirənlər isə 6 ay sonra bir doza vurdursalar, daha yaxşı olar. Bundan başqa hər zaman maskalarımız yanımızda olmalıdır və qapalı məkanlara daxil olanda mütləq istifadə etməliyik. Fərdi şəkildə hər birimiz buna əməl etməsək, pandemiyanın öhdəsindən gəlmək çətin olacaq" - deyə infeksionist əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Afrika Respublikasında koronavirusun yeni variantı (B.1.1.529) aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı ona "omikron" adı verib. ÜST-ün açıqlamalarına görə, bu variant bəziləri narahatlıq doğuran çox sayda mutasiyaya malikdir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək yoluxma riski daşıdığı yönündədir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1025   Tarix: 01 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti adlarin menasi qutab xemiri murebbelerin hazirlanmasi psixoloq meslehetleri hamiləlik dövrü kosmetika pehriz dieta kondom birlik qurd xəstəliklərinə qarşı mualicə