Ömrü sürətlə qısaldan içki

Ömrü sürətlə qısaldan içkiSan-Fransisko Kaliforniya Universitetinin (UCSF) alimləri apardığı araşdırma nəticəsində bu qənaətə gəlib ki, şirin qazlı içkilər hüceyrə səviyyəsində erkən yaşlanmaya səbəb olur.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ İctimai Səhiyyə Assosiasiyasının jurnalında məlumat verilib. Tədqiqatda 20-65 yaş arası 5309 insan iştirak edib. Alimlər 1999-2002-ci illər Milli Sağlamlıq və Qidalanma Sorğusunun məlumatlarını təhlil edərək tez-tez qazlı su içən insanların telomerlərinin daha qısa olduğunu aşkar ediblər. Üstəlik, təzə sıxılmış şirələrə üstünlük verən insanların telomerlərinin uzun olduğu məlum olub.
Araşdırmanın müəlliflərindən biri, psixiatr, professor Elissa Epel izah edib ki, şəkərli qazlı içkilər nəinki xəstəlik riskini artırır, həm də ömrü qısaldır. O qeyd edib ki, alimlər ilk dəfədir ki, belə bir əlaqəni müəyyən ediblər. Eyni zamanda ekspertin fikrincə, bu qayda yaşından, irqindən, gəlirindən və təhsil səviyyəsindən asılı olmayaraq hər kəsə aid edilir. Epel telomer uzunluğunun dəyişməsinin xəstəliyin başlamasından çox əvvəl başladığını vurğulayıb. Tədqiqat yalnız böyükləri əhatə etsə də, nəticələr uşaqlara da şamil edilə bilər.
Telomer DNT liflərinin ucunda xromosomlarımızı qoruyan başlıqlardır. Yaşa dolduqca bu başlıqlar yeyilir və xromosomlar müdafiəsiz qalır. İnsanın yaşam tərzi və bədənin məruz qaldığı xəstəliklərə əsasən xromosomların ucunda yerləşən telomerlər zamanla qısalır. Bu telomerlər bəzilərində çox sürətlə qısalır, bəzilərində isə ləng. Telomerlər yarıya düşəndə hüceyrələrimiz avtomatik olaraq ölür və ölüm gerçəkləşir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1167   Tarix: 07 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava