Orqanizmi gücləndirən qidalar - İBN SİNANIN TİBB QANUNU
İbn Sinanın yüz illər əvvəl yazdığı "Kiçik Tibb Qanunu" kitabında bəhs etdiyi möcüzəvi qidalar bir çox xəstəliyə qarşı təsirlidir.
İbn Sinanın tövsiyə etdiyi şəfalı qidaları təqdim edirik:
Qulançar
Zülalla zəngin olan qulançar az kalorili və karbohidratlı qələvi qidadır.
Qulançar həmçinin kalium, folat, A, C, K və B vitaminlərinin zəngin mənbəyidir. Bundan başqa, niasin, fosfor və natriumla da zəngindir.
Kərəviz toxumu
Qadınlarda ən çox rast gəlinən sidik yolu infeksiyaları və kişilərdə prostat vəzi xəstəliyinə qarşı inanılmaz təsiri var. Ümumiyyətlə, İbn Sinanın tövsiyələrinə görə, kərəviz toxumu sidik kisəsi ilə əlaqədar bütün xəstəliklərə müsbət təsir göstərir.
Şam Fındığı
İflicli insanlar şam qozunu istehlak etməlidirlər.
Quzu qulağı
Quzu qulağını qaynadıb süzdükdə beyni aktivləşdirir və mədə üçün çox faydalıdır.
Qara kişmiş
Gündə bir ovuc qara kişmiş istehlak etmək lazımdır. Qara kişmiş bədəndə yaranan sümük və əzələ ağrılarına müsbət təsir göstərəcək. Xüsusilə son illərdə koronavirus kimi xəstəliklərə görə bədən ağrıları üçün mütəxəssislər tərəfindən tövsiyə edilən qidalardan biridir.
Kəllə-paça
Bədəndəki kollagenin sürətini artıraraq, hüceyrələri daha gənc saxlayır. Kəllə-paça suyu çəki artırmaq istəyən şəxslərə çox faydalıdır.
Bal
Qan əmələ gətirən hüceyrələri artıraraq orqanizmdə qan dövranını artırır. O, həmçinin üçlü iltihab təmizləyicisidir. İbn Sina balın mumu ilə birlikdə yeyilməsini tövsiyə edir.
Sevinc Hüseynova
Saglamolun.Az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey