Öskürək iki aydan çox davam edərsə... XƏBƏRDARLIQ

Öskürək iki aydan çox davam edərsə... XƏBƏRDARLIQ"Öskürək patoloji hal da ola bilər, hər hansı xarici amillərə qarşı cavab reaksiyası da.

Fizioloji olaraq öskürək yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində orqanizmin verdiyi qoruyucu cavab reaksiyasıdır. Öskürək çox sadə sayılan soyuqdəymə, zökəmin, eyni zamanda xərçəng kimi ağır patoloji proseslərin əlaməti kimi də ortaya çıxır".

Xanim.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya, nefrologiya şöbəsinin müdiri Kəmalə Ağayeva deyib.

Mütəxəssis bildirib ki, öskürək iki həftədən çox davam edərsə, bu zaman patoloji hallardan şübhələnməyə əsas var.

Onun sözlərinə görə, öskürək reseptorları burunda, burun ətrafı ciblərdə, qırtlaq, udlaq, bronxlarda, plevrada, hətta qulaq kanalında, diafraqmada yerləşir. Çox zaman uşaqlarda kəskin respirator xəstəliklər zamanı yaranan öskürəyin burun və udlağın iltihabı nəticəsində baş verdiyini deyən mütəxəssis qeyd edib ki, bəzən otitlər, yəni qulaqda yaranan problem zamanı da öskürək müşahidə olunur.

Öskürəyi yaradan səbəblər haqqında danışan həkim bu sırada haymorit, faringit, laringit, bronxit, ağciyərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri, eləcə də vərəm, pnevmoniya, bronxial astma və s. problemlərin adını çəkib.

Qeyd olunub ki, bundan başqa, mədə-bağırsaq sisteminin patologiyaları, daha çox reflüks zamanı, eləcə də ürək-qan damar sisteminin patologiyalarında öskürək yarana bilər.

K. Ağayeva deyib ki, zökəm, yuxarı tənəffüs yollarının infeksiyaları ilə bağlı olan öskürək normal halda bir neçə gün, bir həftə, uzaqbaşı iki həftə ərzində keçib getməlidir. Öskürək bu müddət ərzində keçib getmirsə, deməli, bunun səbəbi var və bu hal daha ağır fəsadlara səbəb ola bilər: "Öskürək müalicəyə tabe olmursa, bu, həyəcan siqnalıdır. Bu halda mütləq mütəxəssis müayinəsindən keçmək vacibdir.

Öskürəklər dörd-səkkiz həftə davam edəndə, bu, yarım kəskin hal kimi, iki aydan artıq davam edəndə xroniki öskürək kimi dəyərləndirilir. Xroniki quru öskürək, keçib getməyən öskürək zamanı çox vaxt əhalimiz həkimə müraciət etmir, bəlğəmgətiricilər, öskürək əleyhinə dərmanlarla kifayətlənirlər. Bu, yanlışdır. Nəzərə almaq lazımdır ki, düzgün müalicə olunmayan soyuqdəymə, xroniki bronxitin də yaranmasına gətirib çıxara bilər".

Həkim deyib ki, öskürək iki aydan çox davam edərsə, bu, ağciyərin xərçəngi, yaxud da yanlış müalicə nəticəsində yaranan xroniki bronxitlə bağlı ola bilər:

"Əgər öskürək müalicə nəticəsində keçmirsə, deməli, diaqnoz düzgün qoyulmayıb.

Öskürəyin xarakteri artıq diaqnozun yarısı deməkdir. Yəni öskürək qurudurmu, bəlğəmlidirmi, neçə müddətdir davam edir, bütün bunlar nəzərə alınmalıdır.

Biz öskürəyə çox zaman ciddi yanaşmırıq. Xroniki öskürəyin yaranmasının əsasında məhz bu yanaşma dayanır. Vaxtında həkimə müraciət edilərsə, düzgün diaqnoz qoyularsa, düzgün müalicə aparılarsa, öskürək tez bir zamanda aradan qalxar və xroniki formaya keçməz".

K. Ağayeva onu da deyib ki, əhali arasında deyildiyi kimi tez-tez təkrarlanan öskürək çox vaxt yuxarı tənəffüs orqanlarının allergenlə kontaktı nəticəsində yaranır.

Allergenlərin təsiri nəticəsində yaranan öskürəklərə gəlincə, həkim bildirib ki, bu halda müayinə zamanı allergenlər təyin olunmalıdır.

Bronxial astma nəticəsində yaranan öskürəklər haqda danışan mütəxəssis deyib ki, problem infeksion formalıdırsa, öskürək daha çox qış aylarında yaranır, allergik məşəlidirsə, bu zaman allergenlərin təsiri zamanı baş verir. Məsələn, bitki tozlarına qarşı olan reaksiyalar daha çox ağaclar çiçək açan zaman baş verir.

Onun sözlərinə görə, öskürək nevroloji, psixoloji problemlərin də əlaməti ola bilər: "Stress, psixoemosional gərginlik öskürəyə səbəb olur.

Öskürək bəzən ağrılarla müşahidə olunur. Döş sümüyündə, boyunda ağrı ola bilər. Bunun səbəbini araşdırmaq lazımdır. Boyun fəqərələrində yaranan osteoxondroz da öskürək yaradır. Sinir sıxılması, əzələ gərginliyi zamanı çox gərgin olmasa da, sayrışan öskürək baş verir".

Bəzi dərmanların da öskürək yaratdığını deyən K. Ağayeva bu sırada yüksək təzyiqlə bağlı qəbul olunan dərmanların quru öskürəyə səbəb olduğunu açıqlayıb.

Mütəxəssis tütünün yuxarı tənəffüs yollarını daima qıcıqlandıran təsirlərinin olduğunu açıqlayaraq siqaret çəkənlərdə çox zaman səhər saatlarında öskürək müşahidə edildiyini xatırladıb. K. Ağayeva deyib ki, xəstə səhər yuxudan duran kimi dərhal siqaret çəkirsə, bu, yuxarı tənəffüs yollarında ciddi xəstəliklərdən xəbər verir: "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi deyilən bir hal son zamanlar ən çox rast gəlinən patoloji haldır. Əgər 30 il davamlı olaraq gündə bir qutu siqaret çəkilirsə, həmin şəxsdə birmənalı olaraq ağciyərlərin obstruktiv xəstəliyi baş verir.

Siqaret çəkənlər səhərlər yaranan bəlğəmli öskürəyi adi bir hal kimi dəyərləndirib, heç buna əhəmiyyət vermirlər. Bu hal isə ağırlaşaraq tənəffüs çatışmazlığına, hətta ürək və ağciyər çatışmazlığına qədər inkişaf edir. Bu hal gələcəkdə hətta ağciyər xərçənginə səbəb ola bilər".

Sağlamlıq     Baxılıb: 1825   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

geyim dəbləri adlarin menasi toy makiyajlari hamilələrin qidalanması gözəl xanım ancelina colinin sekilleri ilhamə qasımova kosmetika qiz burcu klitor pizza yemekler meseller