Övlad sahibi ola bilməyənlərin nəzərinə - Müalicəsi pulsuz olacaq
Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, sonsuzluğun müalicəsi hələki xidmətlər zərfinə daxil edilməyib.
"Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Bu, artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var", - deyə Z.Əliyev vurğulayıb.
Milli.Az /news.milli.az