Övladlarınıza tərbiyəni vaxtında verin

Övladlarınıza tərbiyəni vaxtında verinÖvladlarınıza tərbiyəni vaxtında verin

Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək. Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər.

Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar.
Bu dövrlədə valideynlər hansı nöqtələrə diqqət etməlidirlər.

1. Sevgiyə arxalanan bir tərbyə metodu olmalıdır.

Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. Oda sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyinizi əmirləri sevərək yerinə yetirəcək. Yox əgər öz övladınıza əxlaqi dəyərləri qəzəb və kinə ilə öyrətməyə və ya deməyə çalışsanız onda övladınız nə inki sizə qulaq asacaq, bəlkə sizdən intiqam alamağada çalışacaq..

2. Valideynlər uşağa yaxşı bir nümunə olmalıdırlar.

Davamlı yalan danışan, küfr edən, uşaqlarının yanında insanların zəifliklərini və eyblərini açıqlayan valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında çıxış edərkən , danışarkən diqqətli olmalıdırlar. Əəgər istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edeək, onda gərək gözəl sözlər danışaq.

3. Əxlaqi dəyərlər "qadağa zənciri" kimi təqdim edilməməlidir.

Çünki bu cür yanaşma tərzi, uşağın əxlaqi dəyərlərə qarşı sərtreaksiya verməsinə səbəb olacaq. Valideynlər, məqbul və məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmalıdırlar. Ümumiyyətlə təlim və tərbiyə məsələlərində zor tətbiq etmək düzgün metod deyil. Bu cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi təsirini həyatın bütün sahələrində özünü əks etdirir.

4. Ana və ata birlikdə hərəkət etməlidirlər.

Atanın səhv tərbiyə metoduna ana düzəliş verməlidir. Və həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş verməldir. Birlikdə övladın tərbiyəsində çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqeydən çıxış etməməlidirlər. Çünki, bu uşaqda çaşqınlıq yaradacaq.

5. Uşaqlar üçün yaxşı dostlar seçilməlidir.

Pis dost və ya mühit, uşağın əxlaqi inkişafının önündəki ən böyük maneələrdən biridir. Çünki ailənin uşağa qazandırmağa çalışdığı müsbət davranışlar pis yoldaşlarının təsiriylə aradan gedir. Bu bir bənanın gün ərzində min bir zəhmətlə tikdiyi divarın eyni günün sonunda bəziləri tərəfindən yıxılmasına bənzəməkdədir. Ona görə dəövladlarınız kimlərlə dostluq etməsinə xüsusi diqqət yetirin.

6. Uşağı öz başına buraxmayın.

Uşaqların yanlış davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və xəbərdarlıq edilməzsə uşaq bunun normal bir davranış olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı edəcək, hətta cəmiyyətdə dostalarına böyüklərə qarşı da edəcək. Çünki, valideynlər vaxtında lazım olan xəbərdarlığı ona etməyiblər.

7. Uşağınızı kütləvi informasiya vasitələrinin xüsusilə internetin zərərlərinə qarşı qorumalısınız.

İndiki vaxtda bir xəstəlik halına gələn "internet" və "televiziya əsarəti" də uşaqları əxlaqi bir çöküşə sürüməkdədir. Xüsusilə teleseriallarda uşaqlara nümunə olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri, açıq-saçıq geyimi uşaqların şəxsiyyət kimi inkişafını mənfi təsir göstərməkdir. Bu cəhətdən övladınız bu vasitələrdən istifadəsini həmişə kontrol altda saxlayın.

Ailə və Uşaq     Baxılıb: 2821   Tarix: 13 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

gelinlikler gozel gorunmek geymler 2026 manqal salati bilik haqqinda atalar sözləri laylalar qadin dunyasi net kosmetika brusell bakteriyası şebnem tovuzlu ikizler novruza aid hakisda dostluq