Öz-özünüzlə danışırsınız? Digərlərindən fərqiniz...

Öz-özünüzlə danışırsınız? Digərlərindən fərqiniz..."Mənim əl kremim haradadır?
Həmişə hər şeyi hara gəldi qoyursan, sonra da axtarırsan"... "Aha, budur. Onu yenə çarpayının altına atmısan"... Belə sözlər yəqin ki, bir çoxlarına tanış gəldi. Çünki bir çoxumuz bəzən bu şəkildə öz-özümüzlə danışırıq. Ələlxüsus da tək olanda... Lakin küçədə gedərkən və ya ofisdə oturduqda, alış-veriş etdikdə də özü ilə danışanlar az deyil. Bəs bunun səbəbi və məqsədi nədir? Bu bəzən bizə diqqətimiz toplamağa və ya hansısa problemi həll etməyə yardımçı olur.
Bəzilərinə dəlilik kimi görünsə də, bu halın əslində dahilik əlaməti olduğu qeyd edilir. Diqqət edildikdə əksər dahilərin öz-özü ilə danışdığını aşkar etmək olar. Bunun üçün ən böyük mütəfəkkirlərin monoloqlarına, məşhur şairlərin şeirlərinə, tarixə göz gəzdirmək yetərlidir.
Məsələn, Albert Eynşteyn həmişə özü ilə danışıb. Çox zaman həmyaşıdları ilə söhbətdən qaçan Eynşteyn özü ilə söhbətdə bir cümləni bir neçə dəfə təkrar etməyi xoşlayıb.
Alimlərin fikrincə, insanın özü ilə danışması beyni daha effektiv işləməyə sövq edir.
"Quarterly Journal of Experimental Psychology"jurnalında dərc olunan bir yazıda insanın öz-özü ilə danışmasının faydalı olduğu qeyd edilib. Araşdırmanın müəllifləri Daniel Svigli və Qari Lyupyan 20 müxtəlif insana supermarketdə hər hansı məhsulu tapmaq kimi bir tapşırıq veriblər, məsələn, süd və ya alma. Təcrübənin birinci mərhələsində iştirakçılar səssiz halda həmin məhsulu axtarmalı idi. İkinci mərhələdə isə axtardıqları məhsulun adını möhkəmdən səsləndirməli idilər. Gözlənildiyi kimi, ikinci mərhələdə onlar axtarılanı daha tez tapıblar...
"Live Science" elmi jurnalı bu halı onunla izah edir ki, ucadan, yüksək səslə danışmaq, hətta öz-özünlə də, beynin yaddaşa məsul olan hissələrinin daha aktiv çalışmasına səbəb olur və bu da nəzərəçarpan effekt verir.
Lyupyanın fikrincə isə əgər obyektin necə göründüyünü bilirsinizsə, o zaman özünüzlə söhbət onu tapmaqda sizə yardımçı olacaq. Məsələn, siz bananın sarı və uzunsov formalı olduğunu bilirsiniz. Belə ki, ucadan "banan" dedikdə beyin öz vizual xüsusiyyətlərini aktivləşdirir ki, sizə onu tapmaqda kömək olsun. Və bu da "işə yarayır".
Öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər
Bəzi elmi məlumatlar göstərir ki, uşaqlıq dövründə öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər. Onlar digərlərindən əvvəl öz ayaqqabılarının bağlarını bağlayır, məktəbdə çox yaxşı oxuyur, daha çox söz bilir və hecaların köməyi olmadan sərbəst oxumağı daha tez öyrənirlər.
Nəzərə alsaq ki, uşaqlar böyükləri dinləyərək və onları təqlid edərək danışmağı öyrənirlər, onda onların özü ilə danışmaq vərdişini valideynlərindən götürdüyünü söyləmək olar. Bu səbəbdən də ailədə və uşaqlarınızın yanında özünüzlə danışmağa utanmaya bilərsiniz.
Öz-özünlə söhbət fikri cəmləməyə yardımçı olur
Əgər fikirlər dağınıqdırsa və onların cəmlənməsinə ehtiyac varsa, buna nail olmaq üçün ən sadə üsul düşündüklərinin yüksək səslə, ucadan deyilməsidir.
Buna əlavə olaraq psixoloqlar bilirlər ki, ucadan dilə gətirilən suallar əsəbləri sakitləşdirir. Buna görə də əgər sizi nəsə narahat edirsə, bunu ucadan dilə gətirin. Bu rahatlamanızı təmin edəcək.
Psixoloq Linda Sepedin iddia edir ki, problemlərin ucadan dilə gətirilməsi həmçinin ciddi və çətin qərarın qəbul olunmasında da yardımçı ola bilər.
Öz-özünlə danışmaq sizə qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda da kömək edə bilər.
Həyata keçirəcəyiniz işlərin siyahısını tutmaq və birbaşa onların reallaşdırılmasına çalışmaq çox yorucudur. Ancaq siz onları ucadan səsləndirsəniz, bu həmin işlərin reallaşdırılmasına öz təsirini göstərəcək. Beləliklə də hər addım daha asan və qısamüddətli görünəcək.
Sepedin bunu belə izah edir ki, siz öz məqsədləriniz haqqında ucadan danışdıqda diqqətinizin cəmlənməsi daha asan olur. Üstəlik, siz öz niyyətinizi sözlərlə daha da möhkəmləndirir və emosiyalarınızı idarə edirsiniz. Beləliklə də beynin bu məqsədlərdən yayınması çətin olur.
Beləliklə, özünüzlə danışmaqdan çəkinməyin, daxili səsinizi dinləyin... Təklikdə qaldıqda özü ilə danışmağı xoşlayanlar çoxlarına qeyri-normal görünsə də, əslində əksəriyyətdən ağıllı və effektiv insanlar olurlar. Onlar öz daxili səslərinə qulaq asmaq üçün sərf etdikləri zamana təəssüflənmir və adətən müsbət nəticə də əldə edirlər.

Sağlamlıq     Baxılıb: 1561   Tarix: 25 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

geymler 2026 yemek reseptleri qis geyimləri 2026 düzgün makiyaj qadın yumurta qabiginin xeyri sepsis xesteliyi kosmetika maya maskasi banan oğlan evine aid hakisda masturbasiya novruz bayramı haxışta