"Özümü naşükürlükdə, unutqanlığda qınayıram... "
"Təsadüfən Təcili Yardımda çəkilmiş şəklim qarşıma çıxdı. 2 il öncə bu gün yaşadıqlarım gözümün önündə canlandı".
Open.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İnstagram" hesabında yazıb.
O, 2 il öncə çəkilən fotosunu paylaşaraq səhhətindəki problemdən və yaşadıqlarından bəhs edib:
"Uzun sürən əməliyyat, bircə saniyəlik də olsa ağrılarımın olmaması üçün Allaha yalvarışlar, mundar insanların sevinməsini izləmək, aylarla yataqdan qalxmamaq, ağrılarımdan çox himayəmdə olan insanların qayğısına kim qalacaq kimi narahatçılıqlar, istifadə etmək üçün sağalmağımı gözləyənlər... Amma eyni zamanda peşəkar həkimlər, başımın üstündə bir ordu dostlarım, günlərlə bu ağrını mənimlə bir keçirən ailəm, əzizlərimin, millətimizin, qəlbdən gələn duaları, sevgisi, sənət dostlarımın mənəvi dəstəyi və nəhayət ayağa qalmaq. Qəribə hisslər keçirirəm. Özümü naşükürlükdə, unutqanlığda qınayıram. Baxmayaraq hər gecə dua və şükürlərimi dilimə gətirirəm, məncə, yenə də azdı. Pis günlər uzaq olsun, hər anımıza şükür".










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Məşhur aktyor 46 yaşında vəfat etdi