Parlaq dəriyə sahib olmaq üçün 5 QIZIL QAYDA

Parlaq dəriyə sahib olmaq üçün 5 QIZIL QAYDADəri vücudun xarici faktorlarla birbaşa təmasda olan hissəsidir. Yanlış qidalanma, pis həyat tərzi, daxili orqanlarda yaranmış hər hansısa bir problem cildimizə öz mənfi təsirini göstərir.
Sağlam və parlaq üz dərisinə sahib olmaq isə hər bir baxımlı xanımın arzusudur. Bəs görəsən gözəl üz dərisinə sahib olmaq üçün nələrə diqqət etməliyik?
Beləliklə, dəriyə qulluqla bağlı 5 qızıl qaydanı sizə təqdim edirik.
1) Cildinizi gündə iki dəfə təmizləyin. Yaxşı olardı ki quru və həssas dəriyə sahib olanlar təmizləyici kremlərlə, yağlı dəriyə sahib olanlar isə gel ilə, sabah və axşam üzlərini yusunlar.
2) Nəmləndirici istifadə edin. Mütəxəssislər təkcə quru dəriyə sahib olanlara deyil, eyni zamanda yağlı dərisi olan şəxslərə də nəmləndiricidən istifadə etməyi tövsiyə edir.
3) Dərinizi susuz qoymayın. Dərinin təbii şəkildə nəmlənməsinin tək yolu gündə 8-10 st. su içməkdir. Susuz bir cilddə qırışlar, çatlaqlar və digər dəri problemləri daha tez yaranır.
4) Qidalanmanıza diqqət edin. Yaşlanma mexanizmini yavaşlatmaq üçün sağlam qidalanmaq, meyvə-tərəvəzdən, göyərtidən və tərkibi proteinlə zəngin olan qidalardan istifadə etmək məsləhətdir.
5) Gündə 8 saat yatın. Mütəxəssislərin fikrincə lazımi qədər dincəlməyən hüceyrələrdə sərbəst oksigen radikalları ortaya çıxır. Bu da dəridə qırışlara, sızanağa, saç tökülməsi və ya dırnaq qırılmasına gətirib çıxarır.
 
 Parlaq dəriyə sahib olmaq üçün 5 QIZIL QAYDAKosmetoloq-dermotoloq Samirə Əhmədova bildirdi ki, ilk növbədə düzgün qidalanmalı, "fast food"dan mümkün qədər uzaq durmalıyıq:
"Mən həmişə dönə-dönə deyirəm ki yumurta dəriyə lifting effekti verən qidalardandır, ən əsas da qaynadılmış yumurta."
Həkim eyni zamanda onu da bildirdi ki, parlaq dəri isə insandan insana dəyişə bilir: "Bəzi cild növü var ki, çox quru yaxud yağlı ola bilir. Buna görə də maska seçərkən ən əsas dərinin quruluşu nəzərə alınmalıdır. Ev şəraitində istənilən ərzaq çox gözəl maskadır. Bu o demək deyil ki əlimizə gələn yağları istifadə edək. Bəzən bu fəsadlara gətirib çıxara bilir."
Kosmetoloq-dermotoloqun fikrincə, əgər insanın allergiyası yoxdursa bal və yumurta sarısından olan qarışım həm saça həm də üzə ən gözəl təsir edən maskadır: "Bu istər quru dəridə istər yağlı dəridə gözəl effekt verir. Maskalar "günün pik vaxtı"ndan sonra çəkilməlidir. Əgər allergiyanız yoxdursa droj və ya maya qatıqla birlikdə istifadə edilərsə dəridə olduqca gözəl nəticə verəcəkdir". /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3136   Tarix: 16 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

turlar.az

toy makiyajlari gozel gorunmek toy gecesi seks hekayəsi milli yemekler veten haqqinda insa oxsamalar kosmetika hakistalar baldiza aid veten haqqinda bayati baliq burcu qiz evi