Pəhrizdə bu xətaları etməyin

Pəhrizdə bu xətaları etməyinPəhriz edərkən bəzi xətalar var ki, bunlar verdiyimiz kiloları artığı ilə geri almağımızla yanaşı sağlamlığımıza da mənfi təsir edir.
Milli.Az medicina.az-a istinadən həmin yanlışları təqdim edir:
Hər gün çəkilmək
Pəhrizə başlayarkən hər gün çəkilmək ən çox yayılan xətalardan biridir. Kilo bədəndəki suyun və yeməyin həzmindən təsirlənir. Qadınlarda hormonal dəyişimlər isə suyun yığılmasına səbəb ola bilər. Eyni zamanda, pəhrizlə birlikdə ağır idmanla məşğul olmaq su yığılması və əzələ ilə nəticələnə bilər. Buna görə də tərəzidə eyni çəkini görmək motivasiya itirilməsinə və pəhrizi atmağınıza səbəb ola bilər. Həftədə 1 və ya 10 gündə 1 dəfə acqarnına yüngül geyimlərlə ölçülə bilərsiniz.
Tək tip bəslənməyə yönəlmək
Tez çəki vermək istəyi sizi tək tip bəslənməyə yönləndirə bilər. Bu zaman xüsusi ilə tərəvəz, meyvə və ya sadəcə proteinlə zəngin olan qidalar yeyilir. həkimlər qeyd edirlər ki, bu tip qidalar sağlam çəkivermənin ən böyük əngəlidir. Məsələn, sadəcə protein tərkibli qidalanmaq böyrəklərin yükünü artıraraq, ona zərər verir. Meyvə, tərəvəzlə qidalanmaq isə bədənə lazımi proteinin almamaq və bədəni işlətməməmk deməkdir. Sağlam və düzgün çəki vermək qidaların müxtəlifliyindən asılıdır.
Bitki çaylarını nəzarətsiz içmək
Arıqlamaq istədiyimiz zaman bitki çaylarından da istifadə edirik. Arıqlama çayı adı ilə satılan qarışıq bitki çaylarının tərkibinin nə olduğuna mütləq baxmalı və əsla nəzarətsiz qəbul edilməməlidir. Çünki arıqlama və ödəmatıcı çaylar ürək ritminin pozulmasına, yüksək təzyiq və bağırsaqda bir çox mənfi hallara gətirib çıxara bilər. Ona görə də bitki çaylarından həkim nəzarəti altında içmək lazımdır.
Uzun müddət sulu bəslənmək
Son zamanlar detokslar geniş yayılıb. Xüsusi ilə də meyvəni maye halına gətirdiyimizdə fərqində olmadan daha çox meyvə yemiş oluruq. Bu isə artıq kalori deməkdir. Meyvənin özünü yemək bağırsağın daha yaxşı işləməsinə, ürək, diabet kimi xroniki xəstəliklərdən qorunmaqda önəmlidir.
Real olmayan hədəflər qoymaq
Bir həftədə 4-5 kilo çəki atmağı düşünmək, hər həftə eyni çəkiyi verməyi gözləmək kimi gerçək olmayan hədəflər xəyal qırıqlığına səbəb olur. Belə ki, orta yaşı 46 olan 1785 artıq çəkili insanların qatıldığı bir araşdırmada başlanğıcda yüksək hədəflər qoyan iştirakçıların diet proqramlarına davametmə səviyyəsinin aşağı olduğu qeyd edilib.
Çəkivermə sürəti başlanğıc çəkidən, cinsiyyətdən və ümumi sağlamlıqdan asılıdır. Həkimlər sağlam bir insan üçün çəkivermə sürətinin həftəlik 0.5-1 kq arasında olduğunu bildirirlər: "Qısa müddətdə yüksək çəki itirməsini hədəfləmək yerinə davam edə biləcəyiniz və sağlam bəslənmə planınızı həyat tərzi halına gətirin. Bununla da tez-tez çəki alıb və ya vermə halına girməzsiniz.
"Ağ ya da qara olmaq"
Pəhrizdə mükəmməlliyyətçi olmayın. Ya ağ ya da qara olmaq diet müddətində özünüzü sıxmanıza və daha da ziyanlı qidalanmağınıza səbəb ola bilər.
Pəhrizdən kənara çıxdıqda "Onsuzda dieti tam etmədim, artıq bu gün getdi" deyə düşünməyiniz və bunu tez-tez etməyiniz pəhrizə başlamağınızda və davam etməyinizdə çətinliklərə yola açar. Proqrama uyğun getmədiyinizdə niyə uymadığınızı anlamağa çalışın və bunu dietoloqunuzla bölüşün.
Suyun önəmini anlamamaq
Su bədənin böyük hissəsini yaradan, oksigendən sonrakı ən önəmli şeydir. Bədəndə hər bir orqanın və sistemin suya ehtiyacı var. Çay, qəhvə və bitki çayı kimi içkilər suyun yerini vermir. Su içmədiyiniz zaman həzm sistemi və bağırsaqlar yavaşlayır, qəbzlik yaranır. Bu da çəki verməkdə çətinlik, hətta artmasına da səbəb ola bilər. Kilonuzu 30 və ya 35-ə vurduğunuzda alınan rəqəm içməli olduğunuz günlük su miqdarıdır. Məsələn, 60 kilosunuzsa bu 60x30, yəni ən azı 1.8 litr su içməli olduğunuzu deyir.
"Xeyrlidir" deyərək çox yemək
Məhsulların paketində şəkərsiz, qlütensiz, laktosuz və aşağı kalorili kimi bir çox yazılar var. Bunların bizim üçün xeyrli olduğunu düşünürük. Amma buna aldanmaq olmaz. Məsələn, şəkərsiz olaraq satılan bir məhsulun meyvə tərkibi sizin ehtiyacınıza görə artıq ola bilər.
Porslarınızın hər zaman qızıl qayda olduğunu unutmayın. Heç bir qida kalorisiz deyildir. Və tərkibinin yaxşı olması həddindən artıq yeməli olduğunuz mənasına gəlmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1183   Tarix: 14 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

D vitamininin ziyanı üzə çıxdı

"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər". -a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya v

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

turlar.az

geymler 2026 adlarin menasi geyim necə seçməli 2026 qadın ayaqqabı modelləri sağlamlıq kişi sonsuzluğu ürək damar və qan sistemi kosmetika video meseller novruz hakista bayati qu quşu