Peptik xora xəstəliyi. RİSK FAKTORLARI

Peptik xora xəstəliyi. RİSK FAKTORLARIPeptik xoralar əsasən qida borusunun aşağı 1/3-də, mədə və 12 barmaq bağırsaqda rast gəlinir.
Bundan əlavə nazik bağırsağın digər şöbələrində, bağırsaqda olan Meckel divertikulunda və əvvəllər mədədən əməliyyat keçirmiş şəxslərdə cərrahi anastomoz  bölgəsində görülə bilir.
Günümüzdə peptik xoraların əsas yaranma səbəbi insan orqanizminə alimentar yolla (ağız vasitəsilə) düşən "helicobacter pylori" deyilən mədə bakteriyasıdır. Bu bakteriya  mədədə ifraz olunan turşu və peptik faktorun artmasına səbəb olur ki, bu da mədədə yara riskini artırır. Bəs digər hallarda bu faktorlar niyə yara əmələ gətirmir? Çünki mədə yarasının əmələ gəlməsi üçün tək turşuluğun artması kifayət deyil! Gərək mədənin divarında buna şərait yaranmış olsun, divar tamlığı pozulsun. Buna səbəb isə mədə qoruyucu faktorların azalmasıdır.
Mədənin selikli qişasını qoruyan faktorlar bunlardır:
- Selik təbəqəsi
- HCO3 (bicarbonatlardan ibarət qələvi mühit )
- Selikli qişanın qan təchizatı
- Regenerasiya (hüceyrə yenilənməsi)
- Endogen prostaqlandinlər (PG E2 )
Bu faktorların azalması, turşuluğun isə artması mədə yarasına səbəb olur.
Mədə yaralarının ikinci bir səbəbi isə "iltihab və laxtalanma əleyhinə olan" bəzi dərmanlardır (aspirin və  s.). Bu dərmanların qəbulu mütləq həkim nəzarətində olmalı, ehtiyac varsa yanaşı olaraq mədə qoruyucu dərmanlar qəbul etmək lazımdır!
12 barmaq bağırsağı yarası isə əsasən aşağıda sadalayacağımız aqressiv faktorların artması səbəbindən yaranır:
- Helicobacter pylori bakteriyası
- Stress
- Digər səbəblər
Peptik xora xəstəliyindən qurtulmaq üçün mütləq səbəbi araşdırmaq və aradan qaldırmaq lazımdır!
Dr.Terlan Qasımov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1055   Tarix: 06 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava