Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİ

Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİ"Azərbaycanda bu il uşaqlar arasında peyvəndlə əhatələnmə bir qədər aşağı düşüb".
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. O bildirib ki, bu il mart ayından etibarən ölkəmizdə koronavirus pandemiyasına görə peyvənd olunma tədbirləri keçirilsə də, az valideyn öz uşağını peyvənd olunmağa gətirib. Səbəb isə virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub. Nəticədə əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlb olunma bu il qismən aşağı olub.
Bəs, peyvənd olunmayan uşaqlara hansı immunlaşdırıcı tədbirlər həyata keçirilməlidir? Xüsusilə də övladlarını peyvənd etdirməyən valideynlər onları necə qorusunlar?
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən həkim-pediatr Xəyalə Quliyevanın sözlərinə görə, hətta əvvəllər peyvənd edilən uşaqların valideynləri indi hansısa səbəbdən onların yenidən peyvənd edilməsi üçün icazə vermirlər: "Burada sosial şəbəkələrin rolu böyükdür. Bəzi insanlar mahiyyətini anlamadan fərqli fikirlər bildirirlər. Peyvənd uşaqları öldürür, onları şikəst edir kimi mesajlar paylaşmaqla valideynlərin fikirlərini alt-üst edirlər. Ona görə də təəssüf ki, biz bu hallarla çox rastlaşdıq. Bu imtina isə təbii olaraq uşaqlardan yan keçmədi. Göy öskürək və qızılca halları məhz uzun illərdir ki, peyvəndləşmə ilə əlaqədar olaraq azalmışdı. Ancaq son zamanlar peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub".
Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİX.Quliyeva bildirib ki, peyvənd olunmayan uşaqlar üçün xüsusi immunlaşdırıcı tədbirlər yoxdur: "Ancaq tövsiyə olunur ki, uşaqlar infeksiyalardan qorunmaq üçün D vitamini qəbul etsinlər. Bu vitamin digər infeksiyalarla yanaşı, koronavirusdan da qoruyur. Orqanizmdə D vitamininin səviyyəsinə nəzarət etmək lazımdır. Əgər bu vitaminin səviyyəsi 30 mkq-dan 80-mkq-a qədərdirsə, normal səviyyədədir. Bu səviyyədən aşağı olarsa, o halda uşaq digər infeksiya daşıyıcıları ilə ünsiyyətdə olduğu halda müxtəlif xəstəliklərlə nəticələnə bilər. D vitamininin azı 50-70 mkq civarında saxlanması məsləhətdir. Bu da uşaqları infeksiyalardan qorumuş olur".
Pediatr uşaqları istər bağçaya, istərsə də məktəbə göndərərkən valideynləri diqqətli olmağa çağırıb: "Uşaqlara gigiyenik tədbirləri başa salsınlar, sosial məsafə qorumağı öyrətsinlər. 2 yaşdan aşağı uşaqlara maska məsləhət görülmür, ancaq 2 yaşdan yuxarı uşaqlara qapalı mühitdə maska taxmaq bacarığı öyrədilməlidir. Mütləq şəkildə uşaqlar bağçaya və ya məktəbə getməmişdən öncə burunlarına dəniz suyu tərkibli spreylər vurulmalı, əl yumaq vərdişi aşılanmalı, hər gün azı 2-3 dəfə əllər spirtlə dezinfeksiya edilməlidir. Ancaq spirti çox istifadə etmək olmaz. Çünki bu, uşaqlarda əks reaksiyalara səbəb ola, dəri quruluğuna, allergik səpkilərə gətirib çıxara bilər. Xüsusi dezinfeksiyaedici gellərdən istifadə etmək tövsiyə edilir. Boğazlarını da təbii üsulla qarqara etmələri məsləhətdir. Bunun üçün istər sodalı, istərsə də pereksli məhluldan istifadə etmək olar. Düşünürəm ki, bu kimi tədbirlər uşaqları infeksiyalardan müəyyən qədər qoruyacaq".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 2109   Tarix: 16 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

makiyaj instagram yemek reseptleri qis geyimləri 2026 vetenperverlik ailə psixoloqiyası sizanaqlara qarsi maska razyana çayı kosmetika rus dilin nece orenek fitat veten arxadan olmaq hakistalar