Pomidor, brokkoli və zəncəfil xərçəngin profilaktikası üçün çox faydalıdır

Pomidor, brokkoli və zəncəfil xərçəngin profilaktikası üçün çox faydalıdırBəzi qida növləri xərçəngə qarşı mübarizədə faydalı ərzaq məhsulu kimi tanınır. Görən, onlar doğrudanmı panaseyadır?
Brokoli: xırtıldayan tərəvəzlərdə olduğu kimi digər kələm növlərinin tərkibində də qlükozinolatlar var. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, heyvan və hüceyrələr üzərində aparılan təcrübələrdə xardal yağının şiş hüceyrələrinin böyüməsinə maneçilik törətməsi müşahidə olunub. "Məsələn, baş kələm prostat və ağciyər xərçənginə təsir edir", - deyə Münhen Onkologiya Mərkəzinin rəhbəri Folkmar Nüsssler təsdiqləyir.
Pomidor: paslanın prostat xərçəngi riskini azaltdığı bildirilir. Çoxlu pomidor və ya tomat sousu yeyən kişilərdə bu şişin yaranma ehtimalı pomidor yeməkdən imtina edənlərə nisbətdə 20 faiz aşağıdır. Bunu Amerikalı tədqiqatçıların 2018-ci il üzrə metaanalizi sübut edir.
Zəncəfil: zəncəfilin iltihab əleyhinə inqrediyenti xüsusilə laboratoriya işlərində xərçəng hüceyrələrinə inhibitor təsir göstərir. "Bu təsir yoğun bağırsaq, süd vəzisi, prostat, mədəaltı vəzi və ağ ciyər də daxil olmaqla müxtəlif karsinomlarda sübut edilmişdir", - deyə Folkmar Nüsler bildirib.
Tədqiqatçılar xərçəng əleyhinə eyni gücdə olan molekulları pomidor, zəncəfil, yaşıl çay, qaragilə, sarımsaq və sitrus meyvələrində də aşkarlayıblar. Ancaq bu cür nəticələrə baxmayaraq, ekspertlər xərçəngdən qorunmağa gəldikdə ehtimal olunan super qidalara diqqət yetirməməyi məsləhət görürlər.
Buna görə də onkoloqlar çəkini azaltmağı, siqareti və alkoqollu içkiləri buraxmağı, düzgün qidalanmağı məsləhət görürlər. Yağ və şəkər çöküntüləri degenerasiya olunmuş hüceyrələrin böyüməsini sürətləndirirlər. Əgər siz boşqabınızı xırtıldayan salatlar, paxlalı tərəvəzlərlə doldursanız, mədənizdə zərərli qidalar üçün daha az yer qalacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1815   Tarix: 08 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar həkim məsləhəti geyim dəbləri sarimsaqla qurdun mualicesi hamiləlik dövrü kesmikli blincik gavalının faydaları kosmetika novruz bayramı qız bürcü rus dili fitat novruza aid hakisda