Professor Adil Qeybulla koronavirusun riskləri haqqında: "Böyük tələfatla müşayiət oluna bilər!

Professor Adil Qeybulla koronavirusun riskləri haqqında: "Böyük tələfatla müşayiət oluna bilər!"Karantin rejimi uzun müddət davam edə bilməz. Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır".
Publika.az xəbər verir ki, bu sözləri tanımış professor Adil Qeybulla deyib. Professor hesab edir ki, karantin rejiminin yumşaldılması mərhələsinə başlansa da, sərt qaydalar gözlənilməlidir:
"Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır. Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştammlarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu böyük tələfatla müşayiət oluna bilər!"
Ekspertin sözlərinə görə, koronavirus infeksiyasının qarşısını almaq üçün dünya ölkələrinin tətbiq etdiyi üsul ən doğru yoldur:
"Razılaşarsınız ki, ən optimal yol bu gün dünyanın getdiyi yoldur. Odur ki, biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı virusun dünyada yoxa çıxması haqda hesabat verənə qədər davam etdirməliyik. İkinci dalğanın olmasına yol vermək olmaz. Bu bizə ağır başa gələ bilər! Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir. Builki COVID-19 sürprizi isə hər il yeni formada bizi fakt qarşısında qoya bilər. İnsanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir. Ona görə də bu davranışa öyrəşməliyik.
Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni şərf forması təklif edilsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şərf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifikasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şərf və ya geyim formasının icad olunmasına ehtiyac duyulacaq. ÜST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqoritmə bu formanı da sala bilər...".

Sağlamlıq     Baxılıb: 2146   Tarix: 04 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

maskalar donlar 2026 yay geyimləri 2026 kesəriyyə elm ve bilik haqqinda atalar sözləri bagirsaqlari temizlemek ucun hakışta kosmetika dolca vidyolar qizlar baldiza aid bayatilar