Professor: Çinlilər virusu bilə-bilə bütün dünyaya yaydı

Professor: Çinlilər virusu bilə-bilə bütün dünyaya yaydı"Mövsümi xəstəliklərin olması koronavirusla bağlı vəziyyəti çətinləşdirir, bütün faktlar göz qabağındadır. Təbii ki, əvvəlki vəziyyətdən fərqli olaraq virusun yayılma tempi indi daha yüksəkdir".
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Professor bildirib ki, virusun yayılma tempi yüksək olsa da, ölümcüllüyü barədə kəskin fərqlər nəzərə çarpmır:
"Yeni mutasiyanın yaranması şansı hələ yoxdur, elə həmin köhnə virusdur. May və iyun aylarında infeksiyanın Azərbaycanda pik olduğu vaxtlarda ölən insanlarımızın sayı 5-6 nəfərdən yuxarı qalxmırdı. İndi bu rəqəmlərin 30-a qədər qalxması aşkar olan xəstə sayının yaydakı ilə müqayisədə 3-4 dəfə çox olması ilə bağlıdır. Ölüm göstəricilərinin yüksək olması insanları qorxutmasın, çaşdırmasın. Yoluxma sayı artırsa, uyğun olaraq həyatdan köçən xəstə sayı da artacaq".
Ekspertin sözlərinə görə, karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac yoxdur:
"Cəmiyyətimizin bundan fayda görəcəyini düşünmürəm. SMS icazə sisteminə keçmək və ya daha sərt tədbirlər dünyanın heç bir yerində özünü doğrultmadı. Ən yaxşı halda xəstəliyin qarşısını almağa yönələn tədbirləri addım-addım izləməliyik. Maskanı daim taxmalıyıq, bu, artıq bizim həyat tərzimiz üçün geyim qədər vacib komponent olmalıdır, eyni zamanda əl gigiyenasına əməl etməli, sıx insan toplaşan yerlərə getməməli və məsafəni gözləməliyik. Əgər bütün bunları həyata keçirsək, özümüzü xəstəlikdən müəyyən qədər qorumuş olarıq. Buna misal olaraq Çin Xalq Respublikasını çəkə bilərəm, infeksiyanı bilə-bilə bütün dünyaya yaydılar, bunu sübut edən araşdırmalar var. Bu, onlarda ekzotikadır... Bu gün koronavirus yoluxması Çində demək olar ki, yoxdur, səbəbi ciddi sanitariya qaydalarıdır. Görülən tədbirlər yoluxmanı cəmiyyətdə tamam minimallaşdırdı. Nəticə etibarı ilə ciddi karantin qaydalarına əməl etməklə ölkəmizdə də virusun yayılmasının qarşısını almaq mümkündür.
Ümid edək ki, yaxın zamanlarda vaksinin tətbiqinə başlanılacaq. İlin sonuna doğru hardasa 550 milyon vaksinin istehsal edilməsi gözlənilir. Amerika və Almaniyadan gələn mükəmməl vaksinlərin effektivliyinin 90-95 faiz arasında olduğu bildirilir. İnsanların COVID-19-a qarşı vaksinasiyası cəmiyyətə ən yaxşı hədiyyə olacaq. Vaksinasiya da öz növbəsində birdən-birə deyil, xəstələnmə hallarını tədricən azaldacaq. Müəyyən risk qruplarında da ölüm hallarının kəskin azalmasına və xəstəlik üzərində qələbəyə bizi şanslı edəcək".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2106   Tarix: 26 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

qis geyimləri 2026 kosmetik vasiteler yay kolleksiyasi imtahan həyəcanı dirnaq ucun maskalar xına bayatıları sirniyyatlar kosmetika seksual hakışdalar badambura vətən həsrətinə aid bayatılar qiz evi