Professor çıxış yollarını göstərdi: "Bu, kütləvi tələfata aparan yol olar

Professor çıxış yollarını göstərdi: "Bu, kütləvi tələfata aparan yol olar"Son günlər COVID-19 ştamı ilə gündəlik xəstələnmə sayının sağalma sayını üstələməsi ciddi narahatçılıq doğurur. Pandemiya ilə mübarizənin gedişində mənfi dinamika nədən qaynaqlanır? Bir ailə üzvlərinin və onlara yaxın şəxslərin xəstələnməsi halları mövcuddur. Bu nə ilə izah oluna bilər?
SMS icazəsi başlayandan karantin qaydalarına SMS icazəsi başlayandan yaxın qohumlar, dostlar kütləvi də olmasa, görüşüblər, ev ziyafətləri təşkil ediblər, birgə süfrə açıblar və s. Hətta SMS icasəsi dövründə hamı maskalardan istifadə etməyib. Bakı kəndlərində, şəhərdəki bina məhəllərində insanların müəyyən icasəziz hərəkət azadlığına (həyətlərdə gəzintilər, söhbətlər və s.) və bu zaman karantin qaydalarının pozulmasına göz yumulub".
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla koronavirus xəstələrinin artmasının səbəbləri haqqında danışarkən deyib. Eskpert hesab edir ki, bina evlərində bayıra çıxan insanların liftdən istifadə zamanı lift düyməsinə, divarına, dəstəklərə toxunması, liftin içərisində birgə hərəkət zamanı ağız-burun aerozolundan yoluxma da nəzərdən qaçırılmamalıdır. Professor həmçinin pandemiyadan çıxış yolu haqqında bir neçə təklif irəli sürüb.
"Həmin proseslərdə yoluxmalar bu gün özünü göstərir. Əlbəttə, insanların ünsiyyətə olan ehtiyacı başadüşüləndir, lakin bu karantin qaydalarının ciddi şəkildə pozulmasıdır. Bütün baş verənlər vətəndaş məsuliyyətinə bağlıdır. Polis hər nüansa nəzarət edə bilməz. Burada əsas nəzarətçi şüur və məsuliyyət olmalıdır.
Bu gün karantin qaydalarının yumşaldılması ilə insanların küçələrə axışması, baş verənləri sanki unutması, iqnor etməsi, sosial məsafə gözləməməsi, maskadan istifadə etməməsi, şəxsi gigiyena qaydalarını gözləməməsi əldə olunan nailiyyətləri heçə endirir, yeni reinfeksiya dalğasının əsasını qoyur. Biz hələ karantinin qaydalarının yumşaldılması ilə baş verən yoluxmaların nəticəsini yaxın həftələrdə müşahidə edəcəyik.
Yaranmış situasiyada çıxış yolu hansıdır?
1. Karantin qaydalarını ləğv etmək, əvvəlki illərdəki respirator virus infeksiyalarına olan münasibəti sərgiləmək, hər şeyi taleyin ümidinə buraxmaq. Bu halda total xəstələnmə baş verir, nəticədə hamı tibbi yardım ala bilmir, atipik pnevmoniya ilə ağırlaşan xəstələrin əksəriyyəti dünyasını dəyişir, sağalanların bir qismində əlillik (ağ ciyərlərin pnevmosklerozuna bağlı) yaranır. Sonuncuların gələcəkdə, postpandemik dövrdə reabilitiasiyası, onlara ağ ciyər transplantasiyası məsələsi kimi problemlər ortaya çıxır. Bu zaman kollektiv immunitet formalaşır (sağalanların qanında əks-cisimlər yaranır), virusun yaşamaq üçün məskəni (canlı hüceyrə) qalmadığından yoxa çıxır. Nəzərə alaq ki, xəstələnib sağalan şəxsdə reinfeksiya təhlükəsi yoxdur! Bu yol kütləvi tələfata aparan, təhlükəli və milli təhlükəsizliyimizi təhdid edə biləcək yol olardı.
2. Karantin qaydalarını yenidən sərtləşdirmək, virus tamalamilə yoxa çıxana qədər, yaxud vaksin tapılıb immunizasiya aparılana qədər sərt şəkildə davam etdirmək. Nəzərə alaq ki, qarşıdan yay gəlir, istilər getdikcə artacaq. Proqnoza görə, bu il daha güclü və intensiv istilər gözlənilir. Belə istilərdə, xüsusilə yayda insanların uzun müddət sərt qaydalarla hərəkət azadlığının məhdudlaşdırılması, evdəqal rejimi xeyli problemli görünür. Kütləvi depressiya, psixoloji sarsıntılar, istivurma halları arta bilər, xroniki xəstələrin xəstəliyinin kəskinləşməsi halları geniş xarakter ala bilər. Kondisionerlərin kütləvi istismarı bir tərəfdən elektrik problemi yarada bilər, digər tərəfdən kondisioner xəstəliyi (legionellosis, soyuqdəymələr) arta bilər. Bununla yanaşı, sosial həyatı uzun müddət dondurmaq insanların yaşam şərtlərini pisləşdirə, ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər. Düşünürəm ki, bu da effektiv yol hesab edilə bilməz.
3. Ücüncü yol, karantin qaydalarını insanların hərəkət azadlıqları istiqamətində yumşaltmaq, lakin karantin şərtlərinə əməl edilməsinə sərt nəzarətin həyata keçirilməsi ola bilər. Bu zaman, ticarət obyektlərinin, ərzaq mağazalrının, satış obyektlərinin, xidmət sahələrinin, bərbərxanaların fəaliyyətinə icazə verilir, lakin onların fəaliyyət qaydaları ilə bağlı xüsusi təlimatlar hazırlanır. Vətəndaş məsuliyyəti artırılır, karantin qaydalarının pozulmasına administrativ və ictimai nəzarət gücləndirilir. Karantin qaydasını pozan hər kəs üçün ictimai qınağın artırılması, ictimai pressinqin gücləndirilməsi üçün mexanizmlər düşünülür. Elektron KİV-lər, media insanlara məsuliyyətli olmağın önəmi, karantin qaydalarının mahiyyəti və zərurəti haqda usanmadan təbliğati işi davam etdirir. Sonuncu ən optimal yol hesab edilə bilər.
Vətəndaşlarımızı məsuliyyətli olmağa, karantin qaydalarını (sosial izolyasiya, maska, əllərin tez-tez yuyulması və bütövlükdə gigyena) gözləməyə çağırıram. Yalnız bu yolla hər birimizin həyatını təhlükədən qorumağa və bu bəladan az itkilərlə çıxmağa nail ola bilərik" , -deyə professor açıqlamasında qeyd edib.

Sağlamlıq     Baxılıb: 1775   Tarix: 08 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

turlar.az

maskalar toy gecesi gozel gorunmek qarazire faydalari doğumdan sonra geyim kombinasiyalari bulkalar kosmetika bedii edebiyyat xanım az vidyolar porno qz eviyçun hakışta