Professor pandemiyanın növbəti gedişatını proqnozlaşdırdı

Professor pandemiyanın növbəti gedişatını proqnozlaşdırdıTürkiyəli professor Mehmet Cehyan hesab edir ki, koronavirus pandemiyası ilə əlaqədar qaydalar yumşaldılarsa, bu günə qədər görülən bütün tədbirlər puça çıxır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnfeksiya Xəstəlikləri Dərnəyinin rəhbəri və Hacettepe Universitetinin Uşaq İnfeksiya Xəstəlikləri kafedrasının professoru Mehmet Ceyhan Türkiyənin yeni növ koronavirus pandemiyasının birinci mərhələsini geridə qoyduğunu bildirib.
O, hesab edir ki, sağalanların sayı artıq yoluxanların sayını keçib: "Odur ki, indi epidemiyanın nəzarət altında olduğunu demək olar. Tədbirlərin yavaş-yavaş aradan qaldırılması ilə bağlı qanunlar hazırlanır. Lakin hələlik heç nə bitmiş hesab olunmur. Qarşımızda çox uzun bir yol var, tədbirdən yayınmamaq olmaz.
Tədricən tədbirlərin qaldırılmasına başlanacaq. Əslində, ən kritik mərhələ normallaşma dövrüdür. Çünki əvvəlki normal həyata qayıtdıqdan sonra virusun nə edəcəyini bilmirik. Rahatlaşsaq, yenidən kritik vəziyyətlə qarşılaşa bilərik. Yaponiya və Sinqapur kimi ölkələr qaydaları yumşaltdıqdan sonra yoluxma sayı artmağa başladı. Bu nöqtədə səhv etsək, yenidən zirvəyə qayıdacağıq. Buna görə çox diqqətli davranmalı və virusun reaksiyasını ölçdükdən sonra addım atmalıyıq".
Mütəxəssis qeyd edib ki, epidemiyanın düz xətt üzrə azalması və ya artması mümkün deyil, dalğalar olacaq:
"Bu tip dalğalanmaların olması olduqca normaldır. Hazırda hər şey müsbət tərəfə doğru gedir. Sağalanların sayı getdikcə artır. Zaman keçdikcə sağalan xəstə sayı enə bilər. Bəzən yeni yoluxmalar ortaya çıxmağa başlayacaq. Bu, epidemiyaya xasdır".
COVID-19 koronavirusu ispan qripi və digər epidemiyalarla müqayisə edən professor COVID-19-un daha təhlükəli olduğunu bildirib:
"Bu epidemiya SARS, MERS və hətta Eboladan daha çox zərər verdi. Çünki bütün dünyaya çox tez yayıldı. Ölüm faizi digərlərində daha aşağıdır, Ebolada ölüm faizi 50%, MERS-də 30%, SARS-da 10%, COVID-19-da isə ölüm faizi 5% -dir. Lakin bu virusların sürətlə yayılması nəticəsində ölənlərin ümumi sayı digər xəstəliklərdən daha yüksəkdir. İqtisadiyyat və ictimai həyata da təsir etdi. Bu epidemiya birbaşa insanın həyatına toxundu".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2003   Tarix: 09 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

maskalar donlar 2026 yay geyimləri 2026 kesəriyyə elm ve bilik haqqinda atalar sözləri bagirsaqlari temizlemek ucun hakışta kosmetika dolca vidyolar qizlar baldiza aid bayatilar