Professor təhlükəli olan qidaları AÇIQLADI: "ƏSL VƏHŞİLİKDİR

Professor təhlükəli olan qidaları AÇIQLADI: "ƏSL VƏHŞİLİKDİRİspaniyalı alimlər "hər şeydən yeyin, amma qədərində" ifadəsinin səhv olduğu qənaətinə gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı dietoloqlar ümumiyyətlə, bəzi məhsulları evdə saxlamamağı məsləhət görüb.
İspaniyalı ekspertlər "az miqdarda və yalnız bayramlarda" da yeyilməməli olan məhsulların siyahısını tərtib edib. "La Vanguardia"nın məlumatlarına əsasən, atılacaq ilk məhsul rəfinə edilmiş undan hazırlanan məmulatlardır. Onun istifadəsi qanda şəkər səviyyəsinin artmasına səbəb olur, bu isə sonradan diabetə gətirib çıxara bilər.
Dietoloqlar hər gün xəstələrin gündə bir qədəh şərab və ya pivənin Sağlamlığa faydalı olması inancına da münasibət bildirib. Sağlam qidalanma üzrə ispaniyalı ekspert və Kastellondakı Gasma məktəbinin professoru Pilar Eskerin sözlərinə görə, bu inanc nəinki səhvdir, hətta əsl vəhşilikdir.
Maraqlıdır ki, zərərli məhsulların siyahısına bizə mağazalarda faydalı, yağsız, şəkərsiz və yüngül adı altında sırınan qablaşdırılmış məhsullar da daxildir. Belə məhsullar yüksək kalorili olaraq qalır (qatqı maddələrin hesabına), eyni zamanda qidalandırıcı deyil və bir neçə saatdan sonra yenidən aclıq hissi yenidən baş qaldırır. Odur ki, bu siyahıya yağsız süd və süd məhsulları da daxildir.
Mütəxəssislər onu da əlavə edib ki, kolbasa və digər ət konservlərini də almamalısınız. Burda təbii ət ən yaxşı halda 5 faizdir, qalan hissəsini nişasta, iştah artırıcı və digər qatqı maddələri təşkil edir. Dietoloqlar kolbasa və sosiska kimi məhsulları ev paşteti, yumurta və digər ev yeməkləri ilə əvəz etməyi məsləhət görürlər.
Reklamda göstərilən dənli bitkilərdən hazırlanan peçenye ilə səhər yeməyi də faydalı deyil. Dietoloqların sözlərinə görə, onlar günə başlamaq üçün ideal deyil:
"Bunlar asılılıq yaradan çox dadlı qidalardır və bu, pəhrizin keyfiyyətinin xeyli pisləşməsinə səbəb olur".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2066   Tarix: 21 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

yay geyimləri 2026 gozel gorunmek yemek reseptleri geyim seçimi elm aid atalar sozleri estetik gözəllik nermin ibrahimova kosmetika big.az maya maskasi zehmet ve zinet sac duzumleri aslan