Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: "2 yaşa qədər uşaqlar...
Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü, professor Ateş Kara iki yaşdan kiçik uşaqların maska taxmasına qarşı çıxıb.
Publika.az xəbər verir ki, professor 12 yaşdan yuxarı uşaqların maska taxmalı olduğunu bildirib.
"2 yaşa qədər uşaqlara maska taxılmamalıdır. Uşaq arabalarına örtük sərmək daha doğrudur. Buna səbəb uşaqlarda tənəffüs yolları sisteminin tam inkişaf etməməsidir. Biz həm burundan, həm də ağızdan nəfəs alıb-veririk. Körpələrdə isə ağız və burundan nəfəs alıb-vermək sistemi tam inkişaf etməyib. Ya burunlarından, ya da ağızlarından nəfəs alırlar. Odur ki, 2 yaşa qədər uşaqlarda maskanın istifadəsi təhlükəlidir. Körpələri qorumağın bir yolu var, o da onlara yaxınlaşdığımız zaman maska taxmalıyıq.
Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) 5 yaşadək uşaqlarda maska istifadəsinə diqqət yetirilməli olduğunu, 12 yaşdan yuxarı olanlarınsa mütləq maska taxmalı olduğunu açıqlayıb. 15 yaşdan yuxarı olanlarda xəstəlik yetkinlərdəki kimi inkişaf etdiyi üçün bu yaş qrupu xüsusilə diqqətli davranmalıdır", - A.Kara açıqlamasında qeyd edib.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR