Qadın 2 il əvvəl ölmüş ərindən hamilə qaldı
Liverpul şəhərində qadın rəhmətə getmiş ərindən hamilə qalıb.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, 33 yaşlı Lorenin əri beyin şişi xəstəliyindən 2020-ci ildə vəfat edib.
Kişi arvadının telefon nömrəsi və adını xatırlamadığını görüb, həkimə müraciət edib. Onun başında şiş aşkarlanıb. 2 dəfə əməliyyat olunsa da şiş yenidən qayıtdı.
Ata olmağı çox arzulayan kişi kimyaterapiya almazdan əvvəl spermini banka verərək, dondurur. Onlar sağalandan sonra uşaq sahibi olmaq istəyirdilər.
Lakin əri öləndən sonra Loren sperm bankındakı biomaterialdan süni mayalanma üçün müraciət edir.
Ərinin ölümündən 10 ay sonra süni mayalanma etdirən qadın indi hamilədir.
Loren gələcəkdə də bu yolla uşaq dünyaya gətirməyi planlayır
Qeyd edək ki, Avropada və Türkiyədə xərçəng xəstələri kimyaterapiyadan öncə sağlam yumurtahüceyrələrini yığdıraraq, gələcəkdə normal hamiləlik üçün istifadə edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi