Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı

Qadın-Kişi bərabərsizliyinə çarə: Quran ƏxlaqıHəqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox qabarıq şəkildə nəzərə çarpır. Dünyadakı qadın-kişi bərabərsizliyi son dərəcə əhəmiyyətli problem yaratmışdır. Belə ki, dünyadakı bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir və haqqları əllərindən alınır. Buna görə də qadınların fikirlərinə çox əhəmiyyət verilmir.

Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bütün dünyada qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış "qadın xarakteri" anlayışı nəticəsində edilən hər hansısa səhv, o adamın insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir.

Sözü gedən cəmiyyətlərdə, bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçim edilərkən seçim, ümumiyyətlə, kişi işçi üzərində saxlanılır. Buna görə də qadınların işlədiyi sahələr olduqca məhduddur.

Cəmiyyətdəki bu ümumi qənaətə görə bir çox qadın bu yanlış münasibətin təsirinə düşür. Bu təsirin nəticəsi olaraq cəmiyyətdə geri planda qalmaqda heç bir problem görmürlər.

Geri qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçki, iş sahibi olmaq hüququ belə verilmir. Hətta evlənərkən həyat yoldaşlarını seçmə haqqına da sahib deyillər. Hər hansı bir mövzu haqqında fikir bildirmədikləri üçün, danışmalarına belə ehtiyac yoxdur. Qadınlar özləri ilə əlaqədar heç bir qərar verə bilmirlər. Onların əvəzinə bütün qərarları ataları, ya da həyat yoldaşları verir.

Burada saydığımız bir neçə səhv münasibətə illərlə müxtəlif çarələr tapmağa çalışmışlar. Qadınların haqqlarını qorumaq üçün qurulan təşkilatlar, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirəyə qoyulması, müxtəlif proyektlər hazırlanması, konfranslar, panellər təşkil edilməsi bu axtarışların sadəcə bir hissəsidir. Bütün bu səylərə və çalışmalara baxmayaraq, tapılan çarələrin əslində heç bir hüquqi statusu yoxdur. Bu nəticə son dərəcə təbiidir. Çünki bütün digər problemlərdə olduğu kimi əsl çarə Qurandadır.

Quran əxlaqının yaşandığı cəmiyyətdə cəmiyyəti meydana gətirən fərdlər arasında qətiyyən ayrı-seçkilik yoxdur. Bir insanın qadın, kişi, zəngin, kasıb, yaşlı, gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu şəxslərin cinsiyyətləri, mövqeləri, sərvətləri, ya da başqa hər hansı bir xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Allah bir ayəsində müsəlmanlara "(Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. " (Bəqərə Surəsi, 197) sözləriylə bu mövzunu xatırlatmışdır. Həmçinin Quranda möminlərdən saleh əməllər işləyən qadınlar və kişilər olaraq bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur." (Tövbə Surəsi, 71-72)

"Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır." (Əhzab Surəsi, 35)

"Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz." (Nisa Surəsi, 124)

Ailə və Uşaq     Baxılıb: 3418   Tarix: 29 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

turlar.az

hamilelikde qidalanma hamiləlik qaşların formalari oxucu mektubu 2026 ayaqqabı modelləri arıqlama dirnaq manikuru kosmetika brusell bakteriyası faydalı məsləhətlər masqalar cinsi əlaqə vetene aid bayati