Qadın və kişi ürəkləri arasındakı FƏRQLƏR: Daha sürətlə döyünür

Qadın və kişi ürəkləri arasındakı FƏRQLƏR: Daha sürətlə döyünürQadın və kişi ürəyi arasında fərqlər vardır.
Milli.Az xəbər verir ki, türkiyəli mütəxəssis Aslıhan Eran Ergöknil bu fərqlərdən danışıb. Onun sözlərinə görə, kişi və qadın ürəyi fərqli "döyünür": "Qadınlar ürək-damar sağlamlığı baxımından biraz şanssız görünsələr də, düzgün yaşam tərzi ilə bunu həll edə bilərlər. Məsələn, siqaretdən uzaq durub, sadəcə idmanla məşğul olmaq bu kimi xəstəliklərdən qoruyar. Ürəyin quruluşu hər kəsdə eyni olsa da, işləməsi və risk faktorlarına görə fərqlidir. Kişilərin ürəyi qadınlara görə daha böyükdür. Bu ürək çəkisi, kiloya görə hesablanır. Kişilərdə ürək bədən ağırlığına uyğun olaraq, 5.7 qr olarkən, qadınlarda isə 4,8 qr-dır. Bir qadının ürəyi oksigen ehtiyacını qarşılamaq üçün kişi qəlbindən daha sürətlə döyünür. Qadın ürəyi dəqiqədə təxminən 70 dəfə döyünərkən, kişilərdə bu rəqəm 60-a düşür. Qadınlarda ürək xəstəlikləri daha sürətlə yayılır. Və onların bu xəstəliklərdən həyatlarını itirməsi kişilərlə müqayisədə 8 dəfə daha çoxdur. Bunun ən önəmli səbəbi isə bir çox qadınların risk faktorunda olduğunu bilməməsidir".
Həkimin sözlərinə görə, diabet təhlükəsi də kişilərlə müqayisədə 50 dəfə daha çoxdur: "Damar xəstəliklərinə qadınlar daha gec rastlanır. Qadınların qanlarında təxminən dörddə bir hissə daha az hemoqlobin olur. Hemoqlobin qandakı oksigeni daşıyır. Qadınlarda oksigen daşınması kişilərlə müqayisədə daha aşağıdır. Bundan başqa, qadınların damarları kişilərlə müqayisədə daha incə və həssasdır. Düzgün olmayan yaşam tərzi, siqaret, stress, depressiya da qadınlarda ürək xəstəlikləri riskini artırır. Xəstəliyə baxım tərzi də qadın və kişilər arasında fərqdir. Sinə ağrısı, döyüntü, stress, emosional hallarda daha onlar daha tez yorulur, bunu keçici bir rahatsızlıq kimi görürlər. Lakin kişilər isə daha diqqətli yanaşır, dərhal həkimə gedirlər". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1848   Tarix: 10 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar həkim məsləhəti geyim dəbləri sarimsaqla qurdun mualicesi hamiləlik dövrü kesmikli blincik gavalının faydaları kosmetika novruz bayramı qız bürcü rus dili fitat novruza aid hakisda