Qadın və kişilərdə cinsi zəiflik

Qadın və kişilərdə cinsi zəiflikCinsi zəiflik qadınlarda cinsi hissiyatın, bədəndə fiziki əlamətlərin, seksual reaksiyanın olmaması və azalmasıdı. Cinsi həyacanlanma ilə birlikdə vaginada kifayət qədər islanma olmur, klitoris və bütövlükdə cinsi orqanda qabarmanın olmaması, sinəsində, döş uclarında ereksiya(sərtləşmə) əmələ gəlməməsi kimi halları əhatə edir. Ancaq unudulmamalıdır ki, bu reaksiyalar hər qadında eyni dərəcədə eyni dərəcədə olmaz. Yəni vaginanın islanması(lubrikasiya) bir qadında çox oldugu halda, digər bir qadında döşlərin sərtləşməsi və ya tez-tez nəfəs alıb vermədə bir artış ola bilər. Bu durum yaxşı bir müayinə ilə müəyyənləşdirilir.

Cinsi zəiflikdən danışanda daha çox kişilərə xas zəiflik üzərində daha çox dayanırlar.
Kişilərdə cinsi zəiflikdə isə cinsi orqanın (penis) ereksiyasının(sərtləşmə) olmaması halıdı. Kişi cinsi fəaliyyətlə məşğul olanda ya heç bir zaman ereksiya alınmır, ya da cinsi əlaqə bitənə qədər sərtləşmə axıracan davam etmir. Cinsi orqanın əzələsi tez boşalır. Bu vəziyyətə erektil disfunksiya və ya impotensiya deyillər. Xalq arasında bu kimi cinsi pozuntuya impotensiya, cinsi iqtidarsızlıq, cinsi potensiyanın zəifliyi də deyirlər.
1992-ci ildən etibarən artıq impotensiya termini ÜST qərarıyla erektil disfunksiya adı ilə əvəz edilib.

Bu narahatçılıq kişilərə çox ciddi təsir göstərir. Özlərinə olan hörmətlərini, güvənlərini itirirlər. Evlilik həyatında problemlər, konfliktlərlə üzləşməyə başlayırlar. Bu pozuntu nəticədə sosial problemlərə də səbəb olur. Hətta bir çox kişilər belə bir problemi olmasa da onunla rastlaşmaqdan qorxurlar. Beynində daim bu qorxuyla yaşayırlar. Təbbi ki, bu cür davranmağın da başqa bir cinsi problemlərə yol açdığını unutmamaq lazımdır. Erektil disfunksiyası olan bir kişi daimi olaraq bu barədə fikirləşir. Özünü həmişə sınıyır, erotik, parnoqrafik görüntüləri gözünün qarşısına gətirir, filmlərə baxaraq ereksiyanı bərpa etməyə çalışırlar. Bütün bunlardan sonra ereksiya(sərtləşmə) olmadıqda böyük bir üzüntüyə, sarsıntıya girirlər.

Cinsi zəifliyin bir çox tibbi-psixoloji səbəbləri vardır. Burda esterogen və androgen(kişi və qadın hormonları) hormonlarının çatışmazlığı, menopauza, hamiləlik, hamiləlik sonrası dövr, kemoterapiya və radyoterapiya, nevroloji xəstəliklər, ürək-damar problemləri, şəkər xəstəliyi, bəzi psixotrop və antidepressiv dərmanlar və eyni zamanda psixoloji, sosial səbəblər xüsusi ter tutur.
Başqa cinsi pozuntulara nisbətən bu pozuntunun səbəbləri arasında tibbi səbəblər daha az, psixoloji səbəblərsə daha yüksəkdi. Bundan savayı tibbi səbəbləri müalicə etmək də psixoloji faktorları aradan qaldırmaqdan asılıdı.
Yəni hər durumda psixoloji yardım göstərilməlidir.

İmpotensiyanın psixoloji səbəbləri:

1. İnsanın uşaqlığında və ya yeniyetməlik dövründə cinsi travmaya, sarsıntıya məruz qalması

2. Seksə qapalı, cinsi mövzulara qapalı, cinsəlliyi ayıb, günah və qəbahət sayan bir mühitdə böyümək

3. Cinsi özündərkin formalaşmaması

4.Cinsi bilgi çatışmamazlığı

5.Yanlış bilgilər, səhv düşüncələr

6. Fərdin öz bədənini tanımaması, cinsi orqanlarına yad olması, öz bədənindən utanması

7. Masturbasiya etməmiş olmaq(öz-özünü seksual baxımdan doyuraraq orqazma çatmaq)

8. Həyat yoldaşında cazibədarlıq görməmək, öz partnyorunu bəyənməmək

9.Həyat yoldaşına qarşı aqressiv, düşmənçilik duyğularının olması

10. Həyat yoldaşından fiziki, duygusal və cinsi zorakılıq görmək

11. Həyat yoldaşından(partnyorundan) utanmaq və onunla cinsi ünsiyyətin olmaması

12. Zorla evlənmə

13. Qohum evliliyi

14. Hamilə qalmaqdan qorxmaq

15. Ailə daxili konfliktlər, o cümlədən partnyorla baglı digər səbəblər(qısqanclıq, xəyanət və sairə)

16. Cinsi əlaqədən əvvəl kifayət qədər sevişmənin olmaması

17. Həddən çox sekslə məşğul olmaq

18.Depressiya(xatırladım ki depressiyanın ən ciddi əlamətlərindən biri cinsi əlaqəyə

meyl və istəyin olmamasıdır, hər şeydən imtina o cümlədən seksdən etməkdir)
19. Cinsi təcrübəsizlik

20. Qeyri-münasib mühit

21. Özünə güvənin çatışmaması, əskikliyi

22. Günahkarlıq hissi

23. Gizli homoseksuallıq(bəzi kişilərdə qarşı cinsə qarşı seksual həvəs olmadıgına görə onlarda cinsi zəiflik rast gəlinə bilər)

İmpotensiyanın müalicəsində də hər kəsə fərdi yanaşılır. Problem orqanikdirsə, hormonal balansla və ya hansısa xroniki xəstəliklə baglıdırsa bu tibbi tərəfdən müalicə edilir. Tibbi səbəblər aradan qaldırılsa da psixoloji yardım da göstərilməlidir. Ancaq istənilən halda cinsi zəiflik hansı səbəbdən olursa olsun, həm o insanın özünə güvəninə, həm də onuin partnyorunun psixologiyasında pis təsir göstərir.
Problem psixoloji səbəbdəndirsə cinsi psixoloji terapiya və ailə terapiyası ilə yanlış ünsiyyət qaydaları, yanlış bilgilər aradan qaldırılır. Cütlüklər arasında kin, acıqlılıq, xor görmə və sair bu kimi münasibətlər dəyişdirilir. Ailə həyatının və birlikdə olmağın gətirdiyi sevgi, güvən, etimad, hörmət, sədaqət kimi şərtlərin varlığını araşdırmaq lazımdır. Çünki evlilkdə sadəcə cinsi münasibət təkbaşına bir anlam daşımır. Ailədə başqa dəyərlərin olması da vacibdir.

Bu problem üz-üzə danışılaraq həll edilir. Bu terapiyada bir çox məsləhətlər verilir, problemin öhdəsindən gəlinə biləcək təlimatlar verilir.
İlk növbədə insan gərginlikdən, energetik yüklənmədən çıxarılır. Antistress müalicəsi aparılır.

Pasientlərin özlərinə tövsiyyələrimiz bu olur ki, stress yaradan amillərdən uzaq olsunlar. Ardıcıl olaraq fiziki gimnastikalar etsinlər. Yuxusuzluq və anormal həyat tərzi yaşanırsa mütləq bu hallar aradan qaldırılmalıdır. Qidalanmaya fikir verməlidirlər. Bundan əlavə ürək-damar sistemində bir problemvarsa, şəkər xəstəliyindən əziyyət çəkirsə mütləq həkimə müraciət edib müalicə olunmalıdır. Bu xəstəliklərin müalicəsi zamanı bizim də yardımçı müalicəvi seanslarımız çox rol oynayır. Çünki bu xəstəliklərin də böyük əksəriyyəti psixoloji faktorların üzündən, stress, qorxu, həyəcanlardan qaynaqlanır. Belə xəstələr həm də psixoloji yardım almalıdırlar.

Ailə və Uşaq     Baxılıb: 5677   Tarix: 31 oktyabr 2014
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları uşaq geyimləri nagillar kombinler 2026 yay 2026 cu ilin modasi kosmetika brusell bakteriyası atalar sozu xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır narin faydasi baldiza aid